Bia.Az

LƏNKƏRAN POLİSİNDƏ RƏZALƏT – Polis əməkdaşı 14 yaşlı qızla intim əlaqədə oldu, rəis və icra hakimiyyəti işi ört-basdır etdi - Müraciət

Gündəm / Cəmiyyət
 11-07-2020, 19:30     804

Polisin “profilaktika” adıyla azyaşlı qızla başlayan münasibəti sonradan necə intim əlaqəyə çevrildi…

Lənkəran rayon sakini, 1989-cu il təvəllüdlü Vüsalə Əliyeva başına gələn həyat tarixçəsini “Hürriyyət”ə danışdı. Sankt-Peterburqda valideynləriylə yaşayan 31 yaşlı qadın arabir anadan olduğu Lənkərana da gəlirmiş. Elə başına gələn hadisələr də bundan sonra başlayır.

Gəlişlərinin birində müğənnilik fəaliyyəti ilə məşğul olan Zamin Əliyevlə tanış olur və ailə qurur. Vüsalənin valideynləri həmin şəxslə evlənməyinə razı olmur, lakin o, buna məhəl qoymur. 2003-cü ildə ailə quran Vüsalənin Diana adlı övladı dünyaya gəlir. Sonra, müəyyən problemlər səbəbindən qurduğu ailə dağılır. Bir müddət övladını əlindən almağa çalışırlar. Bütün yaşananlara baxmayaraq, o, övladına sahib çıxmağa çalışır. Çünki Vüsalə övladının narkotik aludəçisi olan atada qalmasına razı ola bilməzdi. Buna rəğmən, ilkin məhkəmə instansiyası uşağın atasında qalmasına qərar verir. Lakin uzun məhkəmə prosesindən sonra o, qızını geri ala bilir. Eyni zamanda məhkəmə atanın aliment ödəməsinə də qərar verir. Hərçənd ki, o, bundan imtina edir.

Bir müddətdən sonra keçmiş həyat yoldaşı Zaminin təkidi ilə yenidən barışırlar. Lakin ailədə yenə söz-söhbət, yenə uzun sürən mübahisələr davam edir. Bütün bunlardan isə, şübhəsiz, ən çox zərərçəkən balaca qızcığaz olub. Təsadüfi deyil ki, sonralar bu söz-söhbətdən təngə gələn azyaşlı Diana evdən qaçır.

Polisə müraciət edən valideynləri bir neçə gün övladlarını axtarmağa başlayırlar. Nəhayət, onlar uzaq qohumunun evinə sığınan Diananı tapır. Diana ailəsinə qovuşsa da, gözlənilmədən peyda olan polis əməkdaşı ana-balanın qorxulu yuxusuna çevrilir. Nə bilmək olardı ki, “profilaktika” adıyla başlayan münasibət, daha sonra intim əlaqəyə çevriləcək…

Beləliklə, günlərin birində polis idarəsində profilaktik iş aparan Orxan Şahmarov adlı şəxsdən zəng gəlir. Polis əməkdaşı kimi özünü təqdim edən şəxs, Dianayla bağlı narahat etdiyini deyir və Vüsalə Əliyevanı bölməyə dəvət edir. Polis bölməsinə üz tutan anaya – “Bundan sonra Dianaya mən nəzarət edəcəm” deyir.

Hansı ki, bunu sonradan aylarla ana-balanın qorxulu kabusuna çevrilən polis əməkdaşı Orxan Şahmarov bildirir. O, Lənkəran Rayon Polis Şöbəsində Dianayla söhbət edir və ona əlaqə nömrəsini verir. Bu andan etibarən onlar gecə-gündüz bilmədən yazışır. O gündən onların ünsiyyəti başlayır. Maraqlısı isə odur ki, polis əməkdaşı niyə özündən 16 yaş kiçik qızla bu qədər yaxından ilgilənib… Sözsüz, sonrakı olaylarla tanış olduqdan sonra buna vəzifə səlahiyyətlərini aşma və yaxud pedofillik də deyə bilərik. Zənnimizzə, hər ikisi uyğun gəlir. Xülasə, keçək mətləbə… Diana anasıyla harasa getdiyini də gözüdönmüş polis əməkdaşına deməli imiş. Anası Vüsalə Əliyeva isə iddia edir ki, hələ bu hadisəni tam olaraq anlamırmış.

Orxan Şahmarov demək olar ki, günün çox hissəsini onlarda keçirir. Artıq bu hərəkətlər anada şübhələr yaradır. Sevgi xarakterli mesajlarla başlayan söhbət, daha sonra intim xarakterli mesajlara çevrilir. Olanlardan şübhələnən V.Əliyeva Orxan Şahmarovun kabinetinə gedir və işi ondan aldıracağını söyləyir. O isə cavab olaraq bildirir ki, “mən istəməsəm, işi məndən heç kim ala bilməz”. Şöbə rəisi Rahid Əsgərovun yanına gedən Vüsalə Əliyeva, ona sözügedən polis əməkdaşıyla bağlı şübhələrini bildirir. O isə işin Orxan Şahmarovdan alınıb, digər polis əməkdaşına veriləcəyini vəd edir.

Orxan Şahmarov bu müddət ərzində 14 yaşlı Diananı özünə öyrəşdirir və özünün təyin etdiyi kurslarda qızı təhsil almağa məcbur edir. Anasının iddiasına görə, intihara meylli olan Diananın zəifliyindən istifadə edən Orxan Şahmarov hər gün işə onların evindən gedib. 30 yaşlı Orxan Şahmarovla 14 yaşlı Diana arasında baş vermiş sevgi dramı bir müddət davam edir. Anası Vüsalə Əliyevayla mübahisələrin birində Orxan Şahmarov, “Qızı özüm üçün böyüdürəm” deyə bildirir. Hətta onlar aradakı etibarı tam qazanmaq üçün Pirə gedirlər, ömürülük bir-birlərinə sadiq olacaqlarına da and içirlər.
LƏNKƏRAN POLİSİNDƏ RƏZALƏT – Polis əməkdaşı 14 yaşlı qızla intim əlaqədə oldu, rəis və icra hakimiyyəti işi ört-basdır etdi - Vilayət Eyvazova və Kamran Əliyevə müraciət

Bir gün bir-birlərinə sadiqlik göstərən cütlük arasında qısqanclıq epizodu baş verir. Şikayətçinin iddiasına görə, adıçəkilən polis əməkdaşları Orxan Şahmarov və Mirəziz Hüseynzadə ana-balanın həyatına müdaxilə edirlər. “Profilaktik tədbirlər” adı altında Dianadan hər biri öz mənafeləri üçün istifadə etməyə başlayır.

V.Əliyeva məcbur qalıb, Diananı Rusiyaya aparır. Çarəsiz ana Orxana yalandan bir aylıq gedəcəyini bildirir. Lakin Orxan onlar Rusiyada olduğu müddətdə də müəyyən narahatlıqlar yaradır. O, Dianayla mütəmadi olaraq əlaqə saxlayır, onun gəlməsini tələb edir. Diana Orxana, “axı mən necə gəlim, anam gətirmir” deyə bildirir. Orxan isə Dianaya – “əgər Bakıya qayıtmasam, özümü öldürəcəyəm deyə ananı təhdid elə” deyə bildirir. Orxan Şahmarovun Dianaya nə edəcəyi barədə göndərdiyi şantaj dolu mesajları səbəbindən ailə Azərbaycana qayıtmalı olur…

Vüsalə Əliyeva 2019-cu il dekabrın 6-da qızı Dianayla Azərbaycana qayıdır. Onlar Azərbaycana qayıtdıqlarını dekrabrın 20-ə kimi gizli saxlaya bilir. Ailənin növbəti faciəvi dramı da bundan sonra başlayır. Dekabrın 20-də – bələdiyyə seçkiləri günündə Orxan onlara gəlir və səhərə kimi orada qalır. Baxmayaraq ki, həmin gün Orxan seçkilərlə əlaqədar xidməti vəzifəsini yerinə yetirməli idi…


Orxan Şahmarovun 30 yaşı, Dianın isə 14 yaş var idi. Diana artıq Orxana hərtərəfli bağlanmışdı. Hətta, aldığı paltarları da Orxanla məsləhətləşib alır.

Diana intihara meylli olduğundan, anasının etirazı ilə üzləşdikdə, bir neçə dəfə Orxana görə intihara da cəhd edir. Hətta bir dəfə canına qəsd etmək istədiyi zaman FHN əməkdaşları onu bu fikrindən döndəririlər. Həmin gün Orxan ana-balanı otelə yerləşdirir. Daha doğrusu, özü polis formasında olduğu üçün ana-balanı dostu Mirəziz Hüseynzadəyə otelə yerləşdirməyi tapşırır. Bütün bunlardan narahat olan V.Əliyeva səhəri gün qızına Rusiaya qayıtmaq istədiyini bildirdikdə, Diana oteldə yenidən intihara cəhd edir. Nəticədə bu hadisədən qorxuya düşən ana Rusiyaya getmək fikrindən daşınır.

Bütün bunlardan sonra öz üstünlüyünü ana üzərində nümayiş etdirən Orxan Şahmarzadə vaxtının böyük bir hissəsini onlarla birgə keçirir.

Beləliklə, polis əməkdaşı O.Şahmarov əvvəlcə Diana ilə “profilaktik söhbətlər” etsə də, daha sonra o, 14 yaşlı qız uşağıyla daha da yaxınlıq edir. Uşaq təbiətli Diana bu “sevgini” Orxanda gördüyü üçün ona inanır.

Ananın və qızın dediklərindən anlaşılan budur ki, məlum təcavüz gecəsinə qədər Orxan Şahmarov və Mirəziz Hüseynzadə hər gün axşam onlarda olublar. Həmin gün, yəni yanvarın əvvəllərində Diananın təcavüzə məruz qaldığı gecə Orxan tək gəlir. Bir neçə saat Diananın otağında “profilaktik iş” aparan Orxan Dianadan anasını evdən uzaqlaşdırmağı xahiş edir. O, “Mən anamı evdən necə uzaqlaşdırım” deyə sual edən 14 yaşlı qızcığaza – “acmışam, ürəyim kabab istəyir, ananı göndər” deyir. Təlimatı alan Diana anasına “acmışam, ürəyim kabab istəyir” deyərək, onu kabab almaq üçün restorana göndərir. Ana kabab dalınca evdən çıxandan sonra, qızcığazla evdə tək qalan Orxan Şahmarov onunla cinsi əlaqədə olmaq istədiyini bildirir. “Mən hələ bakirəyəm” deyən qıza – “eybi yox, bir başqa üsulla əlaqəyə girərik” deyərək, onunla qeyri-təbii yolla əlaqəyə girir və bütün olanları anasından gizli saxlamağı tələb edir. Bu minvalla, bunların arasındakı münasibət daha da yaxınlaşır. Ta ki, Xədicə adlı xanımın telefon nömrəsini Orxanın telefonunda görənədək… Diana həmin xanımın kim olduğunu soruşanda, Orxan Dianaya həmin xanımla sahə müvəkkili olarkən tanış olduğunu bildirir.

Fevralın axırında, Diana Orxanın maşınında olarkən, onun telefonunda Xədicə adlı xanımın bloklanmış nömrəsini görür. Diana nömrəni yadda saxlayır. Evə gələndən sonra, Xədicəyə mesaj atır. Aralarında mübahisə yaranır. Xədicə Dianaya “14 yaşın olmasına baxmayaraq, Orxanla yatırsan” – deyərək təhqir edir. Artıq Orxan tərəfindən xəyanətə uğradığını anlayan Diana Orxanla əlaqələrini kəsmək qərarına gəlir. Martın 3-də Diana Orxan Şahmarovla aralarında yaşananları anası Vüsalə Əliyevaya danışır. Bütün bu olanlardan hali olan ana səhəri gün Rayon Polis İdarəsinə və Prokurorluğa gedərək, şikayət ərizəsi yazır. Ailənin acı dramı da bundan sonra başlayır.

Şikayət edən ana, artıq polis işçiləri tərəfindən təhdidlərə məruz qalır. Lakin ananın israrını görən Lənkəran RPŞ-nin rəisi Fəqan Azadəliyev V.Əliyevanı sakitləşdirmək üçün Orxan Şahmarovun artıq işdən azad etidiyini bildirir. Lakin bir neçə gündən sonra o, Orxanın işdən azad olunmadığını öyrənir. Və rəisin onu aldatdığını başa düşür. Bundan sonra Vüsalə Əliyeva bir neçə dəfə 102 xidmətinə məlum hadisəylə bağlı məlumat verir, nəhayət, Bakıdan İmran Əliyev adlı müstəntiq Lənkərana ezam olunur. Tərəflərin izahatını alan müstəntiq rəisin istəyi ilə Vüsalə Əliyevadan şikayət etməməsini xahiş edir. Amma ananın israrlarla bu məsələnin üzərinə getməsindən ehtiyat edən İmran Əliyev, izahatları götürərək Bakıya dönür. Xoşluqla məsələnin yoluna qoya bilməyən Lənkəran polisi müxtəlif yollarla Vüsalə Əliyevanı neytrallaşmağa çalışır.

Belə ki, günlərin birində ana və bala şöbəyə dəvət olunur. Onlara bildirilir ki, sizin haqqınızda şöbəyə şikayət ərizəsi daxil olub. Şikayətçinin kim olduğunu öyrənmək istəyən ailəyə onun Xədicə adlı xanım olduğu bildirilir(bu, Orxanla Diananın münasibətlərinin pozulmasına səbəb olan xanım idi). Üzləşmə otağına aparılarkən, Polis İdarəsinin kolidorunda Diana ilə Xədicə arasında mübahisə düşür və mübahisənin sonu saçyolduyla nəticələnir. Artıq ailə polisin qurduğu tələyə düşür. Dərhal Vüsalə Əliyevanı Polis İdarəsinin zirzəmisindəki saxlanma kameralarından birinə yerləşdirirlər. Elə bu vaxt Mirəziz Hüseynzadənin vasitəsilə Diananı istintaqın rəisi Cavidan Əlizadənin otağına dəvət edirlər. Dianaya bildirirlər ki, “əgər telefonundakı bütün intim mesajları və yazışmaları silib, telefonu bizə verməklə yanaşı, eyni zamanda da İmran Əliyevə zəng edib izahatı geri götürməsən, anan xuliqanlıq maddəsi ilə 15 il həbsə məhkum olunacaq”. Üstəlik, Cavidan Əlizadə bildirir ki, əgər onunla əməkdaşlıq edərsə, ona hər cür köməklik göstərəcəyini vəd edir. Əməkdaşlıq deyəndə isə, başqalarının imkanlı şəxslərini tələyə salıb, pullarını əlindən almağı nəzərdə tutur…

Bundan qorxuya düşən 14 yaşlı qız İmran Əliyevin telefonuna zəng edərək, şikayətçi olmadığını bildirir və telefonunun kodununu açaraq bütün mesajları siləndən sonra, onu polis əməkdaşlarına təhvil verir. Kameraya salınan ananın səs-küyü polis əməkdaşlarını narahat etdiyindən, ona bildirirlər ki, Diana deyir ki, əgər anam da mənim kimi şikayətini geri götürsə, mən anamla görüşərəm, əks təqdir də, ondan imtina edirəm. Bütün bu olanlara inanmayan ana, kameradan şikayətini geri çəkməyəcəyini bildirir. Qızı ilə görüşməyi tələb edir. Həmin günün səhərisi Vüsalə Əliyeva azadlığa buraxılır. Çıxandan sonar qızını tapa bilməyən ana, yenidən polis şöbəsinə gəlir və qızını polsilərdən tələb edir. İdarədən ona bildirirlər ki, qızı o, şikayət etməyəcəyi ilə bağlı söz verdikdən sonra anası ilə görüşəcək.

Üç gündən sonra Vüsalə Əliyeva şikayət etməyəcəyi ilə bağlı söz verir, nəticədə qızını sərbəst buraxırlar. Qızının üç gündür harda olduğunu və nədən ondan belə bir şey istədiyini soruşduq da, məlum olur ki, Diana həmin müddətdə Lənkəran rayon Nərimanabad kəndində, polis şöbəsində dəftərxana işçisi işləyən Arzu adlı xanımın evində əsir saxlanılıb. Oda məlum olur ki, elə ilk gün Arzunun evindən qaçmağa cəhd edən Diananın niyyəti baş tutmur. Çünki onun qaçacağından şübhə edən ev sahibi, ona belə bir cəhd edərsə, həyətdə açıq olan it tərəfindən parçalancağını bildirir. Elə bu səbəbdən Diana üç gün qorxu içində həmin evdə qalır.

Bütün bu olanları öyrənən Vüsalə Əliyeva yenidən prorurorluğa, İcra hakimiyyətinə, polis idarəsinə və 102 xidmətinə müraciət edir. Elə həmin günün gecəsi, təxminən saat 12-10 radələrində, ailənin qapısı döyülür və onları polis idarəsinə dəvət edirlər. Polis maşınında oturan ana-bala polis işçilərinin onları polis idarəsinə yox, şəhərin kənarına çıxardıqlarını hiss edirlər. Ananın narahatlığını görən polis işçiləri “narahat olmayın, sizi rəisin qəbuluna aparırıq”, – deyə bildirirlər. Təxminən 20 dəq sonra şəhərin çıxışında, yol kənarında iki mərtəbəli obyektin qarşısına çatırlar. İçəri daxil olan Vüsalə Əliyeva orada rəisin ən yaxın köməkçilərini ( Elmar, Samir və Eldəniz) görür. Vüsalə Əliyevanın onlara tərəddüdlə baxdığını görən “üçlük” onu 2-ci mərtəbəyə dəvət edirlər. Orada ona, “bu bizim rəisin obyektidir, əgər sən sussan, Orxana qarşı olan iddianı geri götürsən, bu obyekti işlətmək üçün sənə verəcəyik”- deyə bildirirlər. Hələ də heç nə anlamayan Vüsalə Əliyeva, “tam olaraq məndən nə istəyirsiz” – deyə soruşduqda aldığı cavab onu şok edir. Ona bildirirlər ki, əgər sən bizimlə razılaşsan, səni və qızını pul içində üzdürərik. Yenə də tam olaraq, bir şey analamayan Vüsalə Əliyevaya bir az daha açıqlama verirlər:

“Sənin işin, burada müştəri qəbul edib, yola salmaq olacaq. Yəni şəhərin bütün “qaymaqları”nın telefon nömrəsini sənə verəcəyik, sən onları bura dəvət edib qızınla görüşdürəcəksən, həmin vaxt bizim otaqlarda yerləşdirdiyimiz kameralar çəkiliş aparacaq və sonra həmin adamlardan təxminən 30-40 min manat alaraq səninlə böləcəyik”.

“Axı, mənim qızım uşaqdır, onun cəmi 14 yaşı var, onu belə işlərə necə cəlb edə bilərəm?” – deyə V.Əliyeva etiraz edir. Lakin ona bildirirlər ki, “onun məhz 14 yaşının olması bizə lazımdır. Əks halda, biz “müştəridən” 2 çamodan pulu necə ala bilərik?”…

Artıq qorxuya düşən Vüsalə Əliyeva evə dönmək üçün onlara məcburən də olsa razılığını verir. Razılığını verəndən sonra elə oradaca ilk addım atılır. Vüsalə Əliyevaya ilk üç nəfərin adları və telefon nömrələri verilir. Birinci Lənkəran və Masallıda iş adam kimi tanınan, “General-motors” şirkətinin sahibinin bacısı oğlu Kamran Bağırov, ikincisi Lənkəranda iş adamı kimi tanınan “Qəni” adlı vətəndaşı və üçüncüsü Lənkəranda “Audi Orxan” ləqəbiylə tanınan şəxsdir.

Həmin səhər 102 xidmətinə zəng edərək, Lənkəran polisi tərəfindən ona çirkin təkliflər olunduğunu bildirir. Təəssüflər olsun ki, bu zəng də, əvvəlki zənglər kimi nəticəsiz qalır. Artıq bu çirkin oyunlardan və təhdidlərdən bezən Vüsalə Əliyev, olub-bitənləri yuxarılara çatdırmaq üçün mediaya üz tutmağa qərar verir. İnternetdə axtarış verən Vüsalə Əliyeva Hürriyyet Tv-də gedən materialları izlədikdən sonra, bizimlə görüşməyə və müsahibə verməyə qərar verir…

Çox təəssüf ki, ölkə başçısının etimad edərək, rayonlara təyin etdiyi icra başçısı və müavinlərinin bir çoxu “çürük” çıxdı. Onlar xalqın etmadını qazanmaq əvəzinə, xalqın lənətini qazandılar. Elə bu qəbildən olan müavinlərdən bir də Lənkəran Rayon icra başçısının müavini Rəsilə Arif qızı Əliyevadır. Məlum məsələylə bağlı icra başçısının müavininə müraciət edən Vüsalə Əliyevaya Rəsilə Əliyevanın verdiyi cavab heç də polis rəisinin verdiyi cavabdan fərqlənmir. Belə ki, o da digəriləri kimi, V.Əliyevaya şikayət etməyəcəyi təqdirdə istədiyi hər şeylə təmin edəcəyini deyir.

Əlbəttə, uzun illər mətbuatda çalışdığımızdan və Rəsilə Əliyeva kimi məmurlara tez-tez rast gəldiyimizdən, ondan hansısa bir normal addım atacağını gözləmək də olmazdı. Amma bizim ona bir sualımız var. Hörmətsiz R.Əliyeva, bir körpə balanın təcavüzə qurban olduğunu bilə-bilə, vəzifə və salahiyyətlərini nəzərə almasaq, bir qadın, bir ana kimi bu işi ört-basdır etməyə vicdanın necə razı oldu?…

Hörmətsiz prokuror Vəli Mustafayev, uşağına təcavüz edilən ana sizə şikayət ərizəsi verəndən sonra, qızcığazı işi dəqiqləşdirmək üçün ekspertizaya yönləndirirsiz. Ekspertizanın sizə verdiyi cavabdada açıq şəkildə göstərilir ki, onunla qeyri-təbii yolla cinsi əlaqədə olma faktı təsdiqlənib(Maraqlı məqamlardan biri də odur ki, ekspertizanın rəyində çox qarmaqarışlıqlar var. Cavabda bildirilir ki, “qızlıq pərdəsinin pozulub-pozulmamasını tərəfimizdən müəyyən eləmək mümkün olmadığından, Bakıya göndərilməsi məsləhət bilinir”). Elə bu fakt özü, məsələylə bağlı cinayət işinin qaldırılması üçün yetərli deyilmi? Amma, çox təəssüflər olsun ki, hansısa səbəbdən və yaxud da səbəblərdən faktla bağlı qaldırdığınız cinayət işini rədd etməklə, cinayətdə əli olanları yox, körpə balanı cəzalandırdınız. Ümid edirik ki, yeni baş prorkurorumuz Kamran Əliyev sizin bu sistemə layiq olmadığınızı öz əmriylə təsdiq edəcək.

Hörmətsiz polis rəisi Fəqan Azadəliyev, çox təəssüflər olsun ki, siz də sələfləriniz kimi bu körpə balanın başına açılan oyunları gizlətməklə, özünüzü və rəhbərlik etdiyiniz idarənin adını “təmizə çıxarmaq” istəyirsiz. Amma anlamırsız ki, siz bu rəzalətin üstünü ört-basdır etməklə, nəinki Lənkəran polisini, eləcə də Azərbaycan polisinin adına ləkə gətirirsiniz. Üstünüzə şikayətə gələn ananın şikayətini dinləmək əvəzinə, onu müxtəlif əxlaqsız təkliflər etməklə, qurduğunuz tələlərlə bu işdəm əl çəkməyə vadar edirsiniz. Sizi “yuxarılarla” qorxudan anaya, “mənə heç kim, heç nə edə bilməz. Çünki arxam yuxarılara bağlıdır” – cavabı verirdiniz. Amma bizim üçün çox maraqlıdır, görəsən, sizin bu rəzalətinizin üstü açılanda arxanızda duran o general belə şərəfsizliyə görə size sonadək müdafiə edəcəkmi? Biz “Hürriyyət” qəzeti olaraq inanırıq ki, Daxili İşlər naziri cənab Vilayət Eyvazovun, Respublika prokuroru Kamran Əliyevin və ən əsası ölkə başçısı cənab İlham Əliyevin belə şərəfsiz əməlin üstünü ört-basdır edənlərə cavabı sərt olacaq.

“Hürriyyət”

Redaksiyadan: Mövzunu davam etdirəcəyik.
скачать dle 12.1