Bia.Az

ZƏNGƏZUR əməliyyatı başlayır! Ərdoğan Naxçıvanda Azərbaycanla əməliyyatı müzakirə edəcək

Gündəm
 24-09-2023, 17:42     244

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə sentyabrın 25-də Naxçıvana səfər edəcək.

Türkiyə prezidenti səfər çərçivəsində Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparacaq.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan edib, Zəngəzur dəhlizi haqqında "verilən sözlərin yerinə yetirilməsini gözləyirik" - deyə bildirib. 

Musavat.com

скачать dle 12.1