Bia.Az

Blinkendən Qarabağla bağlı daha bir açıqlama

Gündəm
 23-09-2023, 12:02     327

Bu həftə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla danışmaq fürsətim oldu. Tərəflərlə danışıq zamanı bölgədə baş verən gərginliklərdən narahatlığımızı ifadə etdik.

Axar.az xəbər verir ki, bunu Nyu Yorkda keçirilən brifinq zamanı ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Blinken ABŞ-ın güc tətbiqinə qarşı olduğunu və bunun sülh səylərinə əngəl törətdiyini bildirib.

Ədalətli və davamlı sülhün hər iki ölkəyə böyük fayda verəcəyini bildirən Blinken belə bir sülhün üç illik qarşıdurmadan sonra tarixin gedişatında yaxşılığa doğru güclü dəyişiklik olacağını qiymətləndirib.

Dövlət katibi məsələ ilə bağlı tərəflər və Avropa Birliyi (AB) ilə sıx əlaqədə olduqlarını da açıqlayıb.

Azərbaycan hakimiyyəti ilə Qarabağın erməni icması arasında keçirilən görüşə diqqət çəkən Blinken danışıqların və diplomatiyanın vacibliyinin əhəmiyyətli olduğunu dilə gətirib:


“Söhbət suverenlik, ərazi bütövlüyü və müstəqillikdən gedirsə, ABŞ olaraq bundan əziyyət çəkən hər kəsin yanındayıq”.скачать dle 12.1