Bia.Az

Diqqətlər Vaşinqtonda, ABŞ-ın vasitəçiliyi ilə keçirilən Bayramov-Mirzoyan görüşündə... Qafqazlarda davamlı sülh olacaqmı?

Gündəm
 2-05-2023, 17:28     279

Cənubi Azərbaycan məsələsi tam ciddiyyəti və sürəti ilə beynəlxalq gündəmə gəlir. Hətta keçmiş İran şahının oğlu Rza Pəhləvi belə bu sürətdən narahatdır. Niyə?

Politoloq, Beynəlxalq münasibətlər üzrə ekspert Elnar Məmmədli prosesləri təhlil edir...

Yeni beynəlxalq çağırışıların fonunda özü çağırışılar yaradan Azərbaycan qərb və şərqin amansız hegemonluq mübarizəsinin fonunda bütün təzyiqlərə rəğmən balansı necə saxlaya bilir? Azərbaycanın Qarabağ zəfərindən sonra yaranmış yeni şəraitdə Güney Azərbaycan məsələsi çox aktual şəkildə beynəlxalq müzakirə müstəvisinə çıxıb. Qarabağ məsələsi artıq tamamilə həll olunmuş sayıla bilər...Fransa isə açıq etiraf etməsə də faktiki olaraq Azərbaycanın “könlü”nü almağa çalışır. Rəsmi Parisin bu “U dönüşü”nün səbəbi nədir? Hiylə, yoxsa regionda diplomatik, siyasi, strateji məğlubiyyətlər fonunda geriçəkilmə?
Ceyhun Bayramov Mirzoyanla ABŞ-da görüşəcək

ABŞ-ın Hudson İnstitutunun “Orta Şərqdə Sülh və Təhlükəsizlik Mərəkəzi”nin direktoru Maykl Doran “Putin Qarabağ ermənilərini istismar edir” başlıqlı yazısında Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşünü şərh edərkən yazır: “Bir neçə günlük fəal addımlardan sonra cənab Blinken tərəfləri Amerikanın praktiki vasitəçiliyini gözləməyə hazırlayıb. Bu plan Vaşinqtonun sülh vasitəçisi kimi rolunun əhəmiyyətli dərəcədə genişlənməsini ehtiva edir. Alqışlanmalıdır. Noyabr ayında Entoni Blinken Mirzoyan və Bayramovu da eyni məqsədlə ölkəmizdə qonaq etmişdi, lakin o zaman o, qonaqlarını salamlamaqdan və onların hər birini bu işə təşviq etməkdən başqa bir şey etməmişdi. Cənab Blinken indi etiraf edir ki, Amerikanın iştirakı olmadan Rusiya və İran sülh prosesini pozmaq üçün ermənilərə dəstək verəcəklər.” Digər tərfədən gəlin, Fransanın “L`Opinion” qəzetində Jan Dominik Merşenin növbəti “Ermənistan-Azərbaycan, Fransa sülhə şans vermək istəyir” başlıqlı məqaləsindəki bu cümlələrə diqqət edək: “Rusiya, daha doğrusu, hazırda Cənubi Qafqazda oynanılan diplomatik tamaşanın ruhu... Qafqazın cənubundakı üç respublika (Gürcüstan, Ermənistan, Azərbaycan) Moskvanın öz təsirini saxlamaq niyyətində olduğu keçmiş sovet respublikalarıdır. Fransalı nazirin regiona səfəri Moskvada pis qarşılanıb. XİN sözçüsü onu Rusiyanın vasitəçilik səylərinə mane olmaqda ittiham edib.... "Dürüst Broker". Əksinə, fransızlar və amerikalılar (prosesi) “koordinasiya edir”. Xarici İşlər naziri Katrin Kolonnanın regiona son səfəri daha böyük bir prosesin bir hissəsidir. Bu bazar günü, aprelin 30-da dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında görüş keçirilib. Ola bilsin ki, iki lider, baş nazir Nikol Paşinyan və prezident İlham Əliyev ötən ilin oktyabrında Praqada olduğu kimi, iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin (EPC) sammitində görüşəcəklər. Fransa və Avropa Birliyi Şarl Mişellə birlikdə vasitəçilik etməyə ümid edirlər. Bakıdan belə görünür ki, Fransa Ermənistan üçün hələ də bu yaxınlara qədər etibarlı “vicdanlı broker”hesab olunub. (Redaktorun qeydi: vasitəçi). Fransa Xarici İşlər Nazirinin səfəri - altı il ərzində ilk səfəri məhz dialoqu bərpa etmək məqsədini daşıyıb. Halbuki aylardır ki, Azərbaycanla münasibətlərimiz çox mürəkkəb idi. Bunu Quai d'Orsay da (Fransa XİN) yaxşı bilirdi. Missiya yerinə yetirildi? Şübhəsiz ki, (Xarici İşlər nazirinin) Bakıda (səfərdə) olması səbəbindən biz Fransanın “faydalı olmaq imkanına malik olacağına” ümid edirik. Prezident Əliyevin Katrin Kolonna ilə təkbətək görüşü ümumilikdə bir saat sürüb, İrəvanda da o, baş nazir Paşinyanla da uzun-uzadı danışıb.”
Rəsmi Vaşinqton Ankaranı sanksiyalarla hədələdi

Aman Allah nə baş verir? Çox uzaq tarix deyil, dünənə qədər hər iki ölkə de-fakto nə edirdi? ABŞ özünəməxsus dərəcədə nisbi susqun, Fransa isə qatı ermənipərəst deyildimi?! Yaxud da onların hər ikisi Minsk qrupu formatının bu və ya digər formada yaşadılmasının zəruriliyini, problemin hərbi yolla həllinin qeyri-mümkünlüyünü qabartmaqla dolayısı ilə bizə təzyiq göstərmirdilərmi, həmçinin Laçın yolundakı nəzarət buraxılış məntəqəsinin yaradılmasının sülh prosesini zədələdiyini bəyan etmirdilərmi? İndi birdən-birə nə oldu ki, Katrin Kolonna bölgəyə səfərə gəlir, Blinken Bakı və İrəvana zəng edir, Vaşinqtonda XİN səviyyəsində görüşlər təşkil edir və hətta L`Opinion qəzeti də yazır ki, “Fransa XİN-nin (regiona) səfəri daha böyük prosesin bir hissəsidir.” Əcaba, nədir o böyük proses? Fikrimcə, bu prosesin nədən ibarət olmasına elə L`Opinionun müəllifinin qeyd etdiyi bu cümlələrdə tam mənası ilə aydınlıq gətirilməyə çalışılıb: “Üç qovluq. 2022-ci il oktyabrın 6-da Praqa sammitində iki ölkənin liderləri “ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasını” təsdiqlədilər. Lakin beynəlxalq hüquqa görə Dağlıq Qarabağ erməni sakinlərinin separatçı iradəsinə baxmayaraq Azərbaycanın bir hissəsidir. Onlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan “Artsax Respublikası” elan ediblər. 2020-ci ilin məğlubiyyətindən indiyədək hazırda ermənilərin məskunlaşdığı (Qarabağda) təxminən 3000 kvadrat kilometrlik ərazi qalıb. Onların (erməni sakinlərin) dəqiq sayı məlum deyil. Ermənistana görə təqribən 120 min, Azərbaycana görə isə bu rəqəmin yarısı qədərdir. Bu ölkənin hakimiyyət orqanları Ermənistanı 2020-ci il müqavilələrini pozaraq, bu ərazidə 10 min nəfərlik hərbi kontingent saxlamaqda günahlandırır.” Yəni, bu o deməkdir ki, faktiki olaraq qərb bizim addımlarımız və haqlı mövqeyimiz qarşısında qarşısında geri çəkilir. Ermənistana bu yolla izah olunur ki, ərazi Azərbaycanındır, ona görə də “bizim Ermənistan üçün edə bilcəyimiz başqa bir iş qalmayıb”. Azərbaycanın bu ərazilərdə suverenliyi beynəlxalq hüquqla təsbit olunub. Və necə deyərlər yapacaq bir şey yoxdur.

Sadəcə sülh gündəliyinə köklənmək lazımdır. Beynəlxalq hüquqa istinad edilməsi isə çox ciddi məsələdir və Ermənistana da faktiki xəbərdarlıqdır.

İndi biz bu mövqeyi, faktiki yeni çağırışı necə oxuyaq? Gerçəkdən də bu Fransanın ermənilərə arxa çevirməsidir, yoxsa növbəti, həm də hiyləgər fransız siyasətidir, ya da reallıqlarla barışmaqdır?! Nədir və nədədir bu sözlərin və hərəkətlərin pərdəarxası sirləri?!

Fransa'da Üniversite Eğitimi | Fransa Üniversiteleri | Edu Vizyon

Təbii ki, sadəlövhlük o olardı ki, biz düşünək ki, Fransa bir neçə günə öz çoxəsrlik mövqeyini dəyişdi, reallığı gördü və geri çəkildi. Qətiyyən belə deyil.

Ancaq ABŞ-dən olan siyasi analitikin qeyd etdiyi, “Vaşinqton anlayır ki, Rusiyanın təşəbbüsü ələ keçirmək üçün atdığı addımlar qarşısında gecikir və Bayramov-Mirzoyan görüşü fonunda rəsmi Vaşinqtonun fəallaşması məhz bununla əlaqədardır” ifadələri onu göstərir ki, həqiqətən də qarşıda çox ciddi proseslər olacaq. Öz xarici siyasətini adətən ABŞ-dan çəkinərək (hər nə qədər də bunun tam əksini desə də) nizamlayan rəsmi Paris ABŞ-ın “ok” ilə (bu “ok” də reallıqlarımızla barışmaq və digər geo-siyasi hadisələr fonunda qazandığımız ciddi nailiyyətimizdir ) bunu sadəcə nəzərə almaq zorundadır. Və bu proseslərin memarı da bizik-Azərbaycan!
Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış  məntəqəsində Azərbaycan bayrağı qaldırılıb - VİDEO - YENİLƏNİB

Bəs nədir o haqqında bəhs olunan ciddi proseslər? Sülh müqaviləsi, yoxsa, qarabağlıların ölkəmizə reinteqrasiya olunması? Məncə, bu iki məsələnin hər birinin reallaşması üçün ciddi zəmin formalaşmaqdadır. Qarabağda separatçıların “Laçın yolunda nəzarət buraxılış məntəqəsinin quraşdırılmasına ciddi beynəxalq reaksiya yoxdur, bizi Rusiya da lazımınca müdafiə etmir, özümüz öz taleyimizi həll etməliyik” kimi bəyanatlar verməsi də məhz gözlənilən “ciddi olaylar”ın xəbərçisidir. Separatçılar böyük təşviş keçirir və sonlarının çatdığını çox yaxşı başa düşürlər. Ona görə də hər vəchlə çalışırlar ki, maksimum dərəcədə məsələyə “Azərbaycan bizə qarşı soyqırımına və etnik təmizləməyə hazırlaşır” uydurmaları ilə “qara don” geyindirib beynəlxalq aktorların dəstəyini qazansınlar. Ancaq göründüyü kimi alınmır və alınmayacaq da. Onların taleyi artıq həll olunub. Azərbaycanda separatizm ocağı qalmayacaq!

Lakin, proseslərdə Rusiya amili də gözardına alınmamalıdır. Hər nə qədər Rusiya Ukraynada büdrəsə də yenə də Qafqazlarda öz təsir imkanlarını saxlayır. Maykl Doranın da analitik yazısından belə başa düşülür ki, bu fakt unudulmamalıdır. Məsələn, o bildirir ki, Rusiyanın Qarabağda sülhməramlı kontingenti və Ermənistanda hərbi bazası var. Məhz bu səbəbdən bölgədə öz təsir imkanlarını hələ itirməyib.

Azərbaycanı niyə sevirəm? Maykl Doran - "İki sahil"
Maykl Doran

Müəllifin məqalədəki ən uğurlu təhlillərindən biri isə məncə məhz bu fikirləridir: “Əksinə, Azərbaycan prezidenti İlham Əliyev çevik siyasi gedişlər etməyi bacarıb. Faktiki olaraq o, Moskvanın nəzarətindən azad - keçmiş Sovet İttifaqı respublikalarının demək olar ki, bütün digər liderlərindən daha uğurlu siyasi liderdir. Baxın, Azərbaycan neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələrini inkişaf etdirir. Cənab Əliyev eyni zamanda Türkiyə və İsrail ilə dərin və güclü müdafiə əlaqələri qurub.” Ardınca müəllif yazır ki, “ermənilər faktiki olaraq Putinin (Rusiyanın) “peşkasına” çevriliblər (mən deyərdim ki, əslində ermənilər elə hazır “peşka”dırlar ki, hər kəsin istifadəsinə açıqdırlar) ki, regionda sülh və sabitlik olmasın.” Amerikalı analitik daha sonra yazır: “Cənab Blinken indi dərk edir ki, Amerika yeganə əlverişli yol təklif edir: Ermənistan (Azərbaycanla) sülh bağlasın və bununla da onun ABŞ-nin maraqlarını təhdid edən Rusiya-İran ittifaqı ilə əməkdaşlıq formalarını məhdudlaşdırsın.” Müəllif qeyd edir ki, bunun yolu ancaq Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən rəsmən tanınmasından keçir. Amerikalı analitik ölkəsinin maraqlarına zidd hərəkət edən parlament üzvlərini də sərt tənqid edir ki, onlar Ermənistanı müdafiə etməklə faktiki olaraq ABŞ-nin maraqlarına zidd mövqe tuturlar. Əslində bu cür addımlar qarabağlı ermənilərin vəziyyətini və onların ruslardan asılı vəziyyətə düşməsini daha da dərinləşdirir ki, bu da yenə ABŞ-nin arzuladığı hal deyil.

Prezident İlham Əliyev tarixi şəxsiyyətdir | Kaspi.az

“L`Opinion”dakı yazıda da ermənilərin destruktiv addımlarına dair üstüörtülü olsa da ciddi işarələr var. Baxmayaraq ki, müəllif məqaləsində yenə də çox güman ki, balansı saxlamaq məqsədi ilə “erməni tərəfi biz “blokada”nı pisləyirik, onun məqsədi humanitar böhrana səbəb olmaq və ermənilərin bölgəni tərk etməsinə təhrik etməkdir. Bu, aprelin 24-də anılan “soyqırım”ın xatirəsi ilə gücləndirilmiş qorxudur” və ya “Ermənistan demokratik ölkədir” kimi ermənilərə və lobbiyə xoş gəlmək üçün absurd fikirlər yazıb. Yenə təkrar edirik ki, söhbət Fransa KİV-ində, özü də “L`Opinion” qəzetində çıxan məqalədən gedir. Ona görə də biz analitik Jan Dominik Merşenin həqiqətə uyğun olan “Ermənistan Avropa missiyasından qalxan kimi istifadə edir” cümləsinə xüsusi diqqət yetirməliyik. Niyə? Çünki biz Fransada və özəlliklə də onun KİV-ində belə, ermənini faktiki ittiham edən cümlələrə nadir hallarda rast gələ bilərik. Amma yenə də son proseslərə analitik baxanda görünən odur ki, Fransa siyasi estibleşmentində də, Yelisey sarayında da ermənilərin həddindən artıq müdafiə olunmasına (artıq ona görə ki, artıq Fransa maraqları ayaqlar altına alınıb və bütün qırmızı cizgilər tapdanıb) görə fikirlər və mövqelər haçalanıb. Məhz bu məsələyə görə Fransa xarici siyasəti bəlkə də tarixdə heç zaman olmamış qədər rüsvayçılıqları yaşamaqdadır.

Fransa XİN-dən səfirliyimizə edilən hücuma REAKSİYA

De-fakto Fransa xarici siyasəti bir etnik qrupun mariqinal maraqlarına uyğunlaşdırılıb. Düşünürəm ki, bu faktın özü çox ciddi şəkildə həmin o xarici siyasətdən narazı olan kəsimin Makron hakimiyyətinə qarşı qıcığını və gizli etirazını daha da böyüdür. Hər nə qədər bu faktı açıq etiraf etməsələr də bütün bu həqiqətlər artıq Yelisey sarayının lobbilərində və kuluarlarında danışılan pıçıltı mövzusudur.

Bəs biz bu durumda nə etməliyik? Fikirimcə, biz indiyə qədər etdiyimiz kimi davranmalıyıq. Yəni, milli maraqlarımıza əsaslanan xarici siyasət kursumuz olduğu kimi davam etdirilməli və bundan bir addım da geri çəkilməməlidir. Qarabağ münaqişəsi bitib. Heç bir status olmayacaq. Reinteqrasiya qaçılmazdır. Nəhayət, sülh müqaviləsi Azərbaycanın ərazi bütövlüyü və öz ərazisində suverenliyinin Ermənistan tərəfindən rəsmən tanınması prinsipləri əsasında imzalanmalıdır. Vəssalam. Məncə, bu sərt və tamamilə beynəlxalq hüquqa söykənən haqlı mövqeyimizin dəyişməz qalacağına artıq Vaşinqtonda da Moskvada da Parisdə də tam əmindirlər. Ona görə də qərb mediasında yayılan son məqalələrdə bəhs olunan “böyük hadisə”lərin mahiyyətinin nədən ibarət olacağı elə indidən məlumdur. Bu baxımdan Vaşinqton danışıqlarından gözləntilər ciddidir.

“Böyük hadisə”lərdən danışarkən yavaş-yavaş Cənubi Azərbaycan mövzusunun da beynəlxalq gündəmə gəldiyini söyləyə bilərik. İsrail parlamentarilərinin ölkənin Xarici İşlər nazirinə cənublu qardaşlarımızın dəstəklənməsinin vacibliyi haqqındakı müraciəti və buna Reza Pəhləvinin mənfi reaksiya verməsini yəqin ki, xatırlayırsınız. İndi Amerikalı analitik Maykl Doran da bu yazısında İranda yaşayan azərbaycanlılar haqqında fikirlər səsləndirib: “Son on il ərzində bu əlaqələr səssizcə, lakin heyrətamiz sürətlə Azərbaycan ordusunun güclənməsinə kömək edib. Onun İkinci Qarabağ müharibəsində göstərdiyi güc Moskva da daxil olmaqla,Tehranda da bir çox təcrübəli ekspertlərəri şoka salıb. Azərbaycan bölgədə həm Rusiya həm də İranla həmsərhəd olan yeganə ölkədir. Onun Türkiyə və İsraillə münasibətləri “üçbucaqlı düzülüş”ü xatırladır. Azərbaycanın İran azərbaycanlıları arasında olan nüfuzu Tehranı qorxudur. Çünki azərbaycanlılar ölkə əhalisinin ən azı beşdə birini təşkil edən və ən böyük qeyri-fars etnik qrupudur.”

Görünən budur ki, Azərbaycan və azərbaycanlılar məsələsi regionun ən ciddi paradiqmalarından birinə çevrilməkdədir.

Keçdiyimiz dönəm həm bizim, həm də bütövlükdə regionun gələcəyi, coğrafi-siyasi mənada necə şəkillənəcəyi baxımından həlledici, həssas və həm də çox riskli bir perioddur. Ona görə də maksimum dərəcədə təmkinli, həddən artıq çevik, regional və qeyri-regional aktorların hərəkətləri, addımları, qərarları diqqətlə müşahidə və təhlil olunaraq, bütün hallarda isə milli maraqlarımızdan bir addım da geri durmadan hərəkət etməliyik. Prezident İlham Əliyevin vurğuladığı kimi hətta güclünün qarşısında da dəmir iradə göstərməliyik. Çünki regionun pafosdan kənar ulduzu parlayan ölkəsi Azərbaycan, xalqı da tarix yaratmış Əziz Millətimizdir. Zaman bizim xeyrimizə işləyir!

Elnar Məmmədli
Siyasi şərhçi

75c942a36f93b9057440fad421a88388.jpg (35 KB)скачать dle 12.1