Bia.Az

VƏTƏNİN QEYRƏTLİ OĞLANLARI 1-ci QRUP QARABAĞ QAZİSİNİ DARDA QOYMADI

Gündəm
 20-04-2020, 11:00     302

VƏTƏNİN QEYRƏTLİ OĞLANLARI 1-ci QRUP QARABAĞ QAZİSİNİ DARDA QOYMADI

Bütün dövlətlər kimi Azərbaycan da pandemiyaya qarşı öz vətəndaşlarının sağlamlığı uğrunda lazımi qaydada mübarizə aparır. Bu mübarizədə xeyirxah insanlarımız köməyə ehtiyacı olan vətəndaşlarımıza maddi və mənəvi dayaq durmaqla, dövlətimizə bu ağır dönəmdə yaxından köməklik göstərmiş olurlar. Belə köməyə ehtiyacı olanlardan biri və ən önəmlisi də torpaqlarımızın müdafiəsi uğrunda döyüşərkən 1-ci qrup Qarabağ əlili olmuş xanım Sevgili Rəsulovadır. Hansı ki, belə bir əfsanəvi xanım döyüşçü olmuş şəxsiyyət nəinki unudulmalı, əksinə daima nəzarət altında olmalıdır. Çünki Sevgili xanımın xüsusi rəşadətinə, xidmətlərinə görə ən azı buna mənəvi haqqı çatır.
Xatırladaq ki, Rəsulova Sevgili Almurad qızı 1990-cı ildə qanlı yanvar hadisələri zamanı 5 gün mintiqlərdə iştirak ettikdən sonra işlədiyi Rezin-məmulat zavodundan öz istəyilə ayrılaraq Ağdam rayonuna yollanmışdır. Həmin ərəfələrdə Milli Qəhrəman Allahverdi Bağırov könüllü igidlərimizdən ibarət 20-Yanvar özünü müdafiə batalyonu yaratmışdı.Sevgili xanım da könüllü olaraq elə o vaxtdan qəhrəman igidlərimizin sırasına qoşulmuşdur.
VƏTƏNİN QEYRƏTLİ OĞLANLARI 1-ci QRUP QARABAĞ QAZİSİNİ DARDA QOYMADI

1991 ci ildə Malbəyi, Quşçuvar və Basqa kəndlərdə erməni quldurlarıyla gedən qızğın döyüşlərdə dinc sakinlərin ordan çıxarılmasında iştirak etmiş,onun ardınca Qarakəntdə vertalyot qəzasının canlı iştirakçısı olmuş,1992 ci ildə Xocalı faciəsi zamanı gedən döyüşlərdə iştirakı zamanı başından və çiynindən yaralanmışdır . Xocavənd rayonunun Qanlıdərə , Əmiralılar kəndləri uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Sonra yerdəyişmə ilə Ağdərə rayonunun adsız yüksəsliklərində gedən ağır döyüşlərdə iştirak etmiş və İki ayağınadan yaralanmışdır .
Sağaldıqdan sonra 1992 ci ilin iyul ayında S.Rəsulova Müdafiə Nazirliyinin 703 –cü batalyonunun, 3-cü bölüyünün komandiri təyin edilmişdir .Lakin qısa bir müddət sonra Ağdərədə adsız yüksəkliklərdə gedən döyüşlərdə ayaqlarından təkrar yaralanmışdır. Daha sonra Kəlbəcər-Laçın istiqamətində Qozlar , Ərikli, Sarıbaba kəndlərində gedən döyüşlərdə 3 cü dəfə ağır yaralanmışdır . Bu dəfə sağlamlığında ciddi problemə görə onu Türkiyə dövlətinin Gülhane Hospitalına müalicəyə göndərilmiş və burada bir il altı ay müddətində ağır vəziyyətdə yataraq müalicə almışdır.

Müalicədən sonra səkkiz ilə yaxın əlil arabasında həyatını davam etdirmişdir . Ümumilikdə 14 dəfə əməliyyat olunmuşdur . Hazırda yenə də S.Rəsulovanın ciddi müalicələrə ehtiyacı vardır. Özünə məxsus olan hər bir mülkünü satıb əməliyyatlarına , müalicələrinə xərcləmişdir.

Belə bir ağır vəziyyətdə yaşayan və hazırda onkoloji xəstəlikdən əziyyət çəkən 1-ci qrup Qarabağ əlili olan S.Rəsulova indi həm də özünü dünyanı ağuşuna almış pandemiyadan sağlamlığını da ciddi formada gözləməlidir. Amma nə yaxşı ki., Azərbaycanda yaxşı insanlarımız vardır. Belələrindən bir qrupu da Murov döyüşçüləridir. Bu gün qəhrəman döyüşçülərimizin adından kəskin atıcı, Məmmədzadə Qorxmaz Nazim oğlu əsgər yoldaşlarının adından əfsanəvi döyüşçü Segili Rəsulovaya xüsusi olaraq ərzaq bağlaması gətirmişdir. Sağ olsunlar.
VƏTƏNİN QEYRƏTLİ OĞLANLARI 1-ci QRUP QARABAĞ QAZİSİNİ DARDA QOYMADI

Sərrast atıcı Qorxmaz Nazimoğlu
Onu da qeyd edək ki, digər xeyirxah əməl sahibi olan Kəlbəcər şəhidi Mürşüd Məmmədovun oğlu Ricay da Sevgili xanımı indiki yaşadığı ağır durumda tək qoymur, ona maddi və mənəvi köməkliyini əsirgəmir. Xatırlatmaq yerinə düşər ki, Ricayın atası Mürşüd Vətəni sevən bir oğul kimi 1992-ci ilin aprelində Kəlbəcərin müdafiəsi uğrunda xüsusi təyinatlı, Rusiyaya məxsus dağ-desant qüvvələrinə qarşı amansız döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Allah rəhmət eləsin. Belə bir qəhrəman şəhidimizin oğlu Ricay da atasının yolunu davam etdirərək 1-ci qrup Qarrabağ müharibəsi əlili olan xanım döyüşçümüz Sevgili xanıma Bakıda yaşadığı evin kirayə haqqını 2 ildir ki, şəxsi vəsaitilə ödəməklə köməklik göstərir. Ulularımız yaxşı deyib: “ Ot kökü üstə bitər.” Halal olsun, Vətənimizin bütün qeyrətli - xeyriyyəçi oğullarına.
VƏTƏNİN QEYRƏTLİ OĞLANLARI 1-ci QRUP QARABAĞ QAZİSİNİ DARDA QOYMADI
VƏTƏNİN QEYRƏTLİ OĞLANLARI 1-ci QRUP QARABAĞ QAZİSİNİ DARDA QOYMADI


www.ifadetv.comскачать dle 12.1