Bia.Az

"Ronaldo amansız qatildir, Messi isə öldürmədən əvvəl işgəncə verir"

Gündəm
 20-04-2020, 10:25     350

"Ronaldo amansız qatildir, Messi isə öldürmədən əvvəl işgəncə verir"“Barselona”nın kapitanı Lionel Messi ilə “Yuventus”un hücumçusu Kriştiano Ronladonu bu dəfə Ueyn Runi müqayisə edib.

bia.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü "The Times"ə açıqlamasında hər iki futbolçunu tarixin ən yaxşısı adlandırıb. “Derbi Kaunti”nin hücumçusu seçim etməli olarsa, Messiyə üstünlük verəcəyi bildirib:

“Biz birlikdə oynamağa başlayanda Ronaldo qollara o qədər də diqqət yetirmirdi. Ancaq aydın idi ki, dünyanın ən yaxşı oyunçusu olmaq istəyir. Daim məşq edirdi və bu da nəticə verdi. Kriştiano inanılmaz bombardir oldu. Bəlkə də, o və Messi tarixin ən yaxşı iki oyunçusudur.

Ancaq Ronaldo ilə dostluğuma baxmayaraq, Messini seçərdim. Onun oyununda başqalarının etmədiyi bir şey var. Bu özünə nəzarətlə bağlıdır. Xatırlamıram ki, Messi hansısa qolunu topa bütün gücü ilə vuraraq reallaşdırsın. O, topu yalnız yuvarlayır və bunu çox asan etdiyi görünür.

Ronaldo meydanda amansız qatildir. Ancaq Messi öldürmədən əvvəl sənə işgəncə verir. Messinin oyundan daha çox ləzzət aldığı təəssüratı yaranır”.скачать dle 12.1