Bia.Az

Haradadır Sahil Babayev cənabı, hanı bu ölkənin QANUNLARI...?

Gündəm
 18-04-2020, 16:15     444

Haradadır Sahil Babayev cənabı, hanı bu ölkənin QANUNLARI...?Dinmə, danışma, haqqın olsada söyləmə, yoxsa səni, uşaq vaxtı qonşunun toyuğuna daş atdığına görə şərləyib tutarlar...

Çünki sən, dövlətin KORONO VİRUSLA bağlı apardığı işə kölgə salırsan...

Mən isə, bu yazımda dövlətin KORONO VİRUSLA bağlı apardığı işə kölgə yox, işıq salıb dövlət başçısına olanları çatdırmaq istəyirəm...

Dövlət başçısı, dünyanı başına alan KORONO VİRUSLA bağlı mübarizədə, ölkəmizdə təyin edib, tapşırıb və tövsiyyəsinə uyğun #evdəqal müddətində işsiz insanlarımıza, müəyyən kriteriyalara uyğun gəldiyi zaman, birdəfəlik ödəmə olan 190 manat maddi yardım nəzərdə tutulub. Buna görə edilən hər bir müraciətə diqqətlə baxılacağına, ciddi araşdırma aparılacağına, aidiyyatı qurumlarının üzərinə məsuliyyət qoyulacağını vurğulamışdı...
Qızımgil, həyat yoldaşı ilə bərabər, öhdələrində olan üç məktəbli uşaqlarına görə, sosial şəbəkə üzərindən #evdəqal müddəti üçün, dövlətin sosial paketindən yararlanmaq istəyiblər. Müraciət edib, müraciətləri də qeydə alınıb. Lakin, illər öncədən ÜSY-a görə qeydiyyatdan keçirilmiş, bu gündə elə bir ödəyici olduğun bilməyən kürəkənimə, VÖEN ödəyicisi olduğundan imtina gəlib...
Elə həngamədə, biabırçılıqda buradan qaynaqlanır...
Deməli, dövlət başçısının, on il bundan əvvəl, ölkədə işsizlik probleminin aradan qaldırılması istiqamətində verdiyi tapşırıqlardan bəhrələnib, özün göstərən, Əmək və Əhalinin Sosial Müdafiəsinin keçmiş naziri Səlim Müslümov cənabı, yeni iş yeri yatatdığını göstərmək adıyla, Ünvanlı Sosial Yardım almaq istəyənlərə, olanların VÖEN ödəyicisi olması tapşırığı, bu gün çoxların problem qarşısında qoyub. Nəticədə o vaxtlar, 3 və ya 4 il ÜSY - dan, müəyyən şərtlərlə razılaşaraq bəhrələnən kürəkən, elektron müraciətin yaradılmasından sonra, qarşısına qoyulan o, müəyyən şərtlərdən yayınaraq, internet üzərindən ÜSY almaq üçün, mərkəzin sorğularına üyğun qeydiyyata düşür. Göstərilən müddət ərzində "KƏNARLAŞMA MÜŞAHİDƏ OLUNDUĞUNDAN İMTİNA EDİLMİŞDİR" cavabın aldı. Bu cavab məni çox güldürdü və həmin cavabı götürüb ƏƏSMN nin Binəqədi rayon şöbəsinə getdim. Əməkdaşlardan birinə yaxınlaşıb, nazirlikdən gələn imtina cavabının nə demək olduğun soruşdum. Əvvəlcədən vurğuladım ki, bəlkə müəyyən olunmamış razılaşmadan yayındığına görə, qızım gilə bu cür imtina cavabı verilib. Əməkdaş niyə elə düşündüyümü, etirazla qarşıladı. İzah etdim ki, "KƏNARLAŞMA" texniki vasitələrində, avadanlıqlarında olur. Rəqəmlərdə "UYĞUNSUZLUĞ", "ÜST - ÜSTƏ DÜŞMƏMƏK" kimi hallar olur. Bundan sonrada, 2015 ci ildən bu yana, hər ikisi işləməyən, üç məktəbli övladları olan Qızımgil dövlətin aztəminatlı ailələrə təyin etdiyi ÜSY bu gündə ala bilmir. Lakin, bu gün dövlətin təyin etdiyi #evdəqal tədbiri üçün nəzərdə tutulan 190 manat yardımından, məhz o vaxtkı yarıtmaz işin təsirindən yararlana bilmirlər. Çünki, işsizlik probleminin həlli istiqamətində dövlət başçısının siyasətinə kölgə salan əməliylə, tövhə verən, ƏƏSMN nin keçmiş Naziri Səlim Müslümovun etdiklərinə görə Qızımgil niyə əzab çəkməlidir....?
Bəyəm, dövlət başçısının regionlarda iş yeri yaratmaq tapşırıqına, guya, iş yeri yaradıb, maaş kartlarını cibində gəzdirən icra başçıları günahkardı, yoxsa adlarına maaş kartı olub, bundan xəbəri olmayan işləyən kimi qeydiyyatda olan işsizlər...?
Elə buna görədə üzümü ƏƏSMN cənab Sahil Babayevə tutub, harada olduğunu, üç uşaqı, ata, anasıyla taleyin ümidinə buraxmaqlarına etiraz olaraq, bir vətəndaş kimi soruşuram.
4 ildən yuxarıdır ki, bu ailə Allahın ümidindədi, bəs bu dövlətin qanunları hanı...?

Elxas COMƏRD

AtaTV.az xəbər portalın direktor maviniскачать dle 12.1