Bia.Az

MÜKƏMMƏL İNSAN...

Gündəm
 18-04-2020, 16:14     308

MÜKƏMMƏL İNSAN...ONUN QƏDƏR MİLLƏTSEVƏR, VƏTƏN TƏSSÜBÜ ÇƏKƏN, ALLAHIN HEÇ BİR ZAMAN UNUTMAYAN, ONA İTAƏT EDƏN, AZ BİR ADAMLA RASTLAŞMIŞAM DESƏM, FİKRİMDƏ YANILMARAM...
Son bir ayda həbs həyatına məhkum edilən Mübariz bəy haqqında sosial şəbəkələrdə eşitdiklərimi, dinlədiyimi, izlədiyimi düşüncələrimdən keçirəndə bu İNSANIN necədə mükəmməl biri olduğunu bir daha özüm üçün kəşf edirəm. Allahı heç bir zaman unutmayan, bunu danışıqlarından, güvəncinin olduğundan hiss etmək, imkanları daxilindən çox, millətinə, vətəninə bağlılığı, onlar üçün nələrisə təmannasız etmək kimi etdiklərin eşidib, şahidi olduqca, digər imkanlı azərbaycanlılar haqqında bildiklərim, eşitdiklərim içimdə bir müqaisə yaratmağa mənə şans verdi. Tam qənaətə gəldim ki, bu İNSAN olduqca mükəmməl biridi. Elə buna görədə, mən, illərdi bir azərbaycanlı kimi, Mübariz Mənsimovun adın, işin, gördüklərin eşidib, biləndən üzübəri, şəxsən onunla qürur duyub, fəxr edib, belə bir el oğlumuzun olduğundan qəlb rahatlığı tapmışam...
Günləridi, Türkiyə Cumhriyyətinin həbsxanasında şərlənərək saxlanılan Mübariz bəyin, ədalətin bərqərar olması üçün quru aclıq aksiyasına başladığını eşidib, narahatçılıq keçirirəm. Hər gündə müdafiə komitəsinin, digər Mübariz sevərlərin paylaşmaların nəzərdən keçirib, Allahıma şükür edib, Allahdan onun qapısının açılmasını diləyirəm...
İndi gördüyüm bir paylaşma içimdə mənə rahatlıq vermədi. Düzdü, buna qədər Mübariz bəyin etdiklərindən az-küc xəbərim var idi... Amma bu xəbər- paylaşma, bu siyahı məni onun qarşısında düşüncələrimlə üz-üzə qoydu...
32 adlı siyahı - ölkəmizin görkəmli ictimai, siyasi xadimlərinin, mütəfəkkirlərinin, mədəniyyət və incəsənət korifeylərinin, rayon və şəhərlərimizin adlarını daşıyan gəmilərinin dünya sularına buraxmaq, bəyəm etdiyi digər xeyriyyəçilik əməllərindən qat-qat yüksəkdə duran, yurdsevərlik, vətən təəssübkeşliyi demək deyilmi...?
Təkcə mənim üçün, Ağsu adının əzəməti, dünyanı mənə baxışlasalar belə, bu adın qarşısında cüzi görünər...
İndi fikirləşirəm...
İLLƏRLDİ HAKİMİYYƏTİN BİZİ DÜNYAYA TANITMAQ ÜÇÜN SƏPƏLƏDİYİ PULLARLA YÜRÜTDÜYÜ SİYASƏTİ, TƏKCƏ MÜBARİZ BƏYİN ETDİYİ TANITMANIN MÜQAİSƏSİN ÖZÜMÜZÜ ÜÇÜN APARSAQ ÇOX HƏQİQƏTLƏRİN ŞAHİDİ OLARIQ...
İNDİ BU ADAMIN, ALDADILARAQ, BÜTÜN VARİDATINI QARDAŞ BİLDİYİMİZ TÜRKİYƏYƏ DAŞITDIRILMASI, SONRADA ÖZLƏRİ ÜÇÜN GÜLÜNC GÖRÜNƏN ŞƏRLƏ HƏBSƏ ATILMASINA BİZ, ELƏCƏDƏ DÖVLƏTİMİZ SEYRİÇİ QALMALIYIQMI....?

Elxas COMƏRD

AtaTV.az xəbər portalın direktor muaviniскачать dle 12.1