Bia.Az

Deputatdan Laçın yolu ilə bağlı SENSASİON AÇIQLAMALAR

Gündəm
 26-03-2023, 16:21     314

Sahib Alıyev: “Laçın yolununun başlanığıcında, Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasının bir addımlığındayıq”

Azərbaycan Ordusunun separatçı ermənilərin silah-sursat daşıdığı gizli yollara nəzarəti unikal əməliyyatla, itkisiz, döyüşsüz təmin etməsi hər bizimizi qürurlandırıb. Emənistan hazırda çıxılmaz durumdadır, separatçılar isə Rusiyadan kömək gözləyirlər. Amma unudurlar ki, sözü Azərbaycan dövləti deyir. 25 mart əməliyyatından öncə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaymışdı ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib. Üstəlik, növbəti dəfə silah-sursat daşınması halı aşkarlanıb. Üstəlik, Qarabağda, rus hərbçilərin gözü qarşısında erməni terrorçuların yenə də atəş açdıqları məlum oldu. Məhz bunun ardınca Azərbaycan ordusu separatçı-terrorçu qruplaşmaların silah-sursat daşıdığı yollara nəzarəti təmin etdi. Bunun ardınca nə baş verə bilər? Hesab etmək olarmı ki, artıq Qarabağdakı terrorçulara qarşı əməliyyatlara başlanılması an məsələsidir?
Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev Musavat.com-a geniş müsahibəsində əvvəlcə bu sualı cavablandırdı: 
- Azərbaycanın Xankəndi-Xəlfəli-Turşsu yoluyla qanunsuz yüklərin daşınmasına son qoyulması tələbi yerinə yetirilmədiyi təqdirdə, bunun ardınca nə baş verəcəyini  hər kəs gözəl anlayırdı, o sıradan sülhməramlı adı altında orada hərbi kontingenti olanlar da. Ancaq yenə də özlərinə xas etinasızlıqla yaramazlıqlarını davam etdirdilər və nəticəni də gördülər.  Fikrimcə, Azərbaycan xüsusi təyinatlılarının bu uğurlu əməliyyatı məhz Araik Arutyunyanın növbəti təlimat üçün Moskvaya aparılıb-gətirilməsindən sonra baş verməsi də elə-belə deyildi. Bu, o deməkdir ki, Qarabağa ancaq bir paytaxtın təlimatları keçərli ola  bilər, o da Azərbaycanın paytaxtıdır.
- Rəsmi İrəvan Azərbaycanın son əməliyyatına qarşı çıxmağa cürət etmir və vəziyyəti yaxşı anlayır. Amma bu da məlumdur ki, Ermənistan hakimiyyəti BMT və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının  missiyalarının Qarabağa və Laçın yoluna göndərilməsi üçün əlindən gələni edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan respublika parlamentinin müvafiq komissiyasının iclasında bildirib ki, hazırda ölkə rəhbərliyi regiona beynəlxalq faktaraşdırıcı missiyalar göndərmək üçün “aktiv səylər göstərir”. Ermənistanın bu, destruktiv fəaliyyəti nə vəd edir?
- Məsələ burasındadır ki,  bütün bu “səylər” də, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin statutuna qoşulması da bir-birinə bağlı məsələlərdir və heç də hay beyninin məhsulu deyil. Bu məkrli planları onlara diqtə edənlər var. Bunlar isə nə region, nə də haylar üçün yaxşı nəsə vəd edir. Bu, Güney Qafqazın “Yaxın Şərq”ə, Ermənistanın isə Suriyaya çevrilməsilə nəticələnə bilər. 
Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC
Sahib Alıyev
- Bundan əvvəl Mirzoyan bildirib ki, İrəvan Laçın dəhlizində keçid məntəqəsinin quraşdırılması ilə bağlı Bakı ilə danışıqlar aparmır. O, Ermənistanda bunların çoxdan başa çatdırılmış hesab edildiyini vurğulayaraq, müvafiq məsələnin hüquqi tənzimlənməsinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer aldığını diqqətə çatdırıb. Deməli, növbəti dərs qaçılmazdır, eləmi?
- Mən bu fikirdəyəm ki, biz Laçın yolununun başlanğıcında,  Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasının bir addımlığındayıq. Bunu etməliyik və edəcəyik. Mirzoyanların bu məslədə hansı mövqedə olmalarının da bizim üçün heç bir əhəmiyyəti yoxdur. Onun guya bu məntəqinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmaması haqda fikirlərinə gəldikdə, bəli elədir. Ancaq birincisi, o bəyanatda tutaq ki, Azərbaycanın işladan azad olunmuş torpaqlarımızda quruculuq işləri aparması və sair kimi məsələlər də nəzərdə tutulmur. Demək onda biz öz torpaqlarımızda heç nə etməli deyilik ki, hayların da, Rusiya hərbi kontingentinin də necə yerinə yetirdiklərini yaxşı gördüyümüz həmən bəyanatda bu yazılmayıb? Və orasını da deyim ki, əslində nəzarət-buraxılış məntəqəsi məhz həmən bəyanatda nəzərdə tutulanların reallaşdırılması üçün də lazımdır. Yəni belədə o yolla qanunsuz silahlı birləşmələrə silah-sursat daşınmayacaq, Ermənistan ordusunun Qarabağdakı törtöküntülərinin Azərbaycan torpaqlarını  tərk etməkdən başqa yolları qalmayacaq və orada hər kəs sülh içində, təhlükəsiz bir şəaritdə yaşayacaqlar.
- Ararat Mirzoyan iddia edir ki, Ermənistan və Azərbaycan birbaşa olaraq məsələləri müzakirə edirlər. İddiasına görə, sənəd iki ölkə arasında imzalanacaq. Bu açıqlamanın açması nədir?
- Bu açıqlamanın açması odur ki, Ermənistan Vaşinqtonun planına uyğun hərəkət edir. Yəni Rusiyanın burada heç bir rolu yoxdur və məsləhətləri də nəzərə alınmır, sülh anlaşmasında da çalışılacaq ki, altında Vladimir Putinin də imzası olan üçtərfli bəyanat xatırlanmasın. Azərbaycan üçün əsas odur ki, Ermənistanın ölkəmizə qarşı torpaq iddiasından əl çəkdiyi həmən sülh anlaşmasında öz əksini tapsın, yerdə qalan məsələlər necə deyərlər, təfərrüatdır.
-Sahib bəy, martın 30-da ABŞ-ın təşkilatçılığı ilə 2-ci Demokratiya sammiti keçiriləcək.
Bu dəfə də insan hüquq və azadlıqları pozulan, demokratiyadan əsər-əlamət olmayan Ermənistan “demokratik ölkə” hesab edilib və sammitə dəvət olunub. Necə bilirsiniz, bu oyunbazlığın açması nədir?
-Siz necə düşünürsünüz, yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarında yaşamaq haqqını tanımayan, tanımağa hazır olmayan bir toplum “demokratik” sayıla bilərmi? Belə bir toplumun içindən demokratik liderin yetişib də orada hakimiyyətə gəlməsi mümkündürmü? Yox, mümkün deyil. Ona görə də Ermənistanda demokratiyanın olmadığını təsdiqləyən çoxsaylı faktlar sadalamağa heç ehtiyac da yoxur. Bir daha vurğulayıram, orada demokratiya olmayıb, yoxdur və hələ uzun müddət də olmayacaq. Baydenin keçirdiyi tədbirə  gəldikdə, o, “demokratiya sammiti” adlandırıldığı kimi, eyni uğurla “mələklər sammiti” də adlandırıla bilər. Amma elədirmi? Əlbəttə, yox. O, ABŞ-ın  özününkülərin və və özlərindən saydıqlarının sammitidir. Orada hayları da özlərindən sayır və  üstəlik özünüküləşdirmək  də istəyirlər. Dəvətin arxasında duran reallıq məncə, budur.
 - Ermənistan və Türkiyə turizm mövsümü başlamazdan əvvəl üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması barədə razılığa gəliblər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında bu haqda deyib. İrəvan Azərbaycana və elə Türkiyəyə qarşı tarixi iddialarından əl çəkməyibsə, Ankara ilə İrəvan arasında sərhədlər əbədi götürülə bilərmi?
-Bilirsiniz, orada toplum o dərəcədə xəstələnib ki, açığı, bizə qarşı torpaq iddialarından haçansa əl çəkəcəkləri çox müşkül görünür. Ermənistanı “demokratiya sammiti”nə dəvət edənlər, digər “böyük bacı”ları sizcə, bunu istəyərlərmi? Onda hayların onlar üçün heç bir geosiyasi əhəmiyyəti qalmır axı.
Sərhədlər isə gec-tez açılacaq. Bizim də istəyimiz budur. Amma biz istəyən şərtlər çərçivəsində açılmalıdır, yəni Ermənistan hər iki dövlətin torpaq bütünlüyünü tanımalıdır.  Ancaq öncə də dediyim kimi, tanıdıqdan da sonra onlar uydurma soyqırımlarına ağlayacaq, “Böyük Ermənistan” xülyasıyla yaşamaqda davam edəcəklər. Bu onların milli özünü təsdiq vasitəsi və geosiyasi gərəklilik “sərvət”ləridir.
- Sahib bəy, bir neçə gün əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr keçirilib. Proses zamanı Komitənin sədri, ermənipərəst senator Bob Memendez ABŞ dövlət katibi Entoni Blinkenə Azərbaycanla əlaqəli təxribatçı suallar ünvanlayıb. O, Blinkendən 907-ci düzəlişin niyə dayandırılmadığını soruşub. Blinkenin Azərbaycanın İranla sərhəddə yerləşməsini xatırlatması 907-nin ləğvinin anonsu sayıla bilərmi?
- Xeyr, sayıla bilməz. Azərbaycanla Ermənistan arasında sülh anlşması imzalanmayacanadək bu, baş verməyəcək, təzyiq alətlərindən biri  olaraq saxlanılacaq. Sadəcə, indiyədək olduğu  kimi,  onun tətbiqi dayandırıla da, dayandırılmaya da bilər. Burada İranın adının qabardılması, əgər məkr deyilsə, ən yaxşı halda baş aldatmaq üçündür. Xatırladım ki,   həm də ABŞ-ın bir dövlət olaraq mahiyyətindən xəbər verən 1992-ci ildə meydana çıxan bu düzəliş 2001-ci ilə qədər qüvvədə idi. Həmən il Əfqanıstanla savaşa start verildiyindən və Azərbaycan üzərindən ora  yüklərin daşınmasına böyük ehtiyac yarandığından onun tətbiqi ABŞ prezidentinin sərəncamlarıyla ilbəil dayandırlmağa başlandı.../Musavat.com/скачать dle 12.1