Bia.Az

Bakı və İrəvanla bağlı ABŞ-ın mövqeyi... - Prays

Gündəm
 7-03-2023, 10:55     260

ABŞ Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək niyyətində deyil, tərəflər məsələləri özləri həll etməlidirlər.

Axar.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib ki, Vaşinqton İrəvan və Bakı üçün vasitəçi deyil, tərəfdaşdır:

“ABŞ həm sözdə, həm də əməldə göstərdi ki, onlar iki ölkəni yaxınlaşdıra bilərlər, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərdə irəliləyişə nail olmağa hazırdır. Biz bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Bunu razılığa gəlmək, iki ölkə arasında martın 5-də olduğu kimi, insan ölümü ilə nəticələnən uzunmüddətli münaqişəni həll etmək üçün edirik. Bizi burada ancaq sülh və təhlükəsizlik maraqlandırır və bu, Ermənistan və Azərbaycan xalqlarının maraqlarından irəli gəlir”.

O xatırladıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılmasına sadiqdir və irəliyə aparan yeganə yol dialoq və diplomatiyadır.

Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşımalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb. Nəticədə Ordumuzun iki əsgəri - Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Erməni separatçıların 3 zabiti məhv edilib, bir nəfər isə yaralanıb.скачать dle 12.1