Bia.Az

Bakı Xankəndi ilə bağlı son tələbini irəli sürdü - Detallar

Gündəm
 7-03-2023, 10:52     278

Azərbaycan Qarabağdakı separatçıların qarşısında son şərtini irəli sürüb: ya inteqrasiya siyasətini qəbul edəcəklər, ya da daha sərt və kəskin addımlarla üzləşəcəklər;

Bunu separatçıların “başçısı” Araik Arutyunyan qondarma “təhlükəsizlik şurasının” iclasında çıxışı zamanı etiraf edib. Bildirib ki, Bakı bu tələbi martın 1-də Xocalıda keçirilən görüşdən sonra irəli sürüb.

Buradan bəlli olur ki, rəsmi Bakı Qarabağ iqtisadi rayonunda Azərbaycan qanunlarına uyğun idarəçiliyin bərpası istiqamətində fəaliyyətini davam etdirir.

Lakin Araik Bakının tələbini qəbul etmədiklərini, qəbul etməyəcəklərini, “müstəqillik” iddialarından əlk çəkməyəcəklərini bəyan edib.
Beləliklə, proseslərin bundan sonrakı inkişafına dair təxminlər ortaya çıxır:

- Laçın yolunda aksiya davam edəcək;
- Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması istiqamətində praktiki addımlar atılacaq;
- Qanunsuz erməni silahlı dəstələrin Qarabağdan çıxarılması və bölgənin silahsızlaşdırılması həyata keçiriləcək;
- Ermənilərin qaz, işıq kimi kommunal təchizatlarında problemlər davam edəcək;
Separatçıların buna nə qədər dözə biləcəyi də sual altındadır. Çünki Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağdakı erməni əhalisi arasında Azərbaycana inteqrasiya tərəfdarları artıb. Araik Arutyunyan çıxışında da etiraf edir ki, inteqrasiya istəyənlər var. Gözləniləndir ki, problemlərin daha da kəskinləşməsi erməni əhalisinin separatçılarına əleyhinə çıxmasını sürətləndirəcək.скачать dle 12.1