Bia.Az

Lavrov Bakıda imtina etdi, ABŞ rəsmisi isə...

Gündəm
 7-03-2023, 01:02     265

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasıyla bağlı suala belə cavab vermişdi: “Tərəflər 2020-ci il 10 noyabr bəyanatına zidd addımlar atmamalıdırlar”. Yəni Lavrovun yanlış məntiqinə görə, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yarada bilməz.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono isə bu gün Bakıda bildirdi ki, ABŞ Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını anlayır. Yəni amerikalı diplomat Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının Azərbaycanın müstəsna hüququ olduğunu bildirdi. ABŞ Dövlət katibi Entoni Blinken də eyni mövqedədir, Brüssel də Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına etiraz etməyəcək”, - ekspert qeyd edib.скачать dle 12.1