Bia.Az

Türkiyədə dəhşətli zəlzələ: ölənlərin sayı 1500-ə çatdı

Gündəm
 6-02-2023, 18:52     249

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda və güclü zəlzələ olub.

BİA.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerin 7 kilometr dərinliyində meydana gələn zəlzələ Kayseri, Malatya, Diyarbəkir, Qaziantep və paytaxt Ankarada da hiss olunub.
Eyni zamanda bildirilib ki, Qaziantepin Nurdağı bölgəsində 6,4 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 6.98 kilometr dərinliyində meydana gəlib.
Bundan başqa, Malatya valisi Hulusi Şahin bildirib ki, vilayətin Doğanşəhər rayonunda 10-a yaxın bina dağılıb:
"Can itkisi də var".
***
Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində tələfat və dağıntıların olduğu açıqlanıb.
Osmaniyə valisi Ərdinç Yılmaz bildirib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər isə həyatını itirib.
Bundan başqa, Malaytada 100-ə yaxın evin dağıldığı bildirilir.
Zəlzələ Dikarbəkirdə də dağıntılara yol açıb. Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.
Yeraltı təkanlar nəticəsində Adanada biri 17, digəri 14 mərtəbəli olmaqla, ilkin məlumata görə 3 bina tamamilə dağılıb.
Hadisə nəticəsində Şanlıurfada 10 nəfərin öldüyü bildirilir.
Hatayda da dağıntıların olduğu vurğulanır.
***
Türkiyədə şiddətli zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Malatya valisi Hulusi Şahin bildirib ki, bu ana qədər şəhərdə 23 nəfər həyatını itirib, 420 nəfər xəsarət alıb, 140 bina isə dağılıb.
Şanlıurfada da ölənlərin sayı artıb. Şəhər valisi Saleh Ayxan qeyd edib ki, bu ana ölənlərin sayı 15-ə çatıb:
"30 sakin xəsarət alıb, 16 bina isə dağılıb".
***
Zəlzələ nəticəsində Diyarbəkir şəhərində də tələfat və dağıntı qeydə alınıb.
Şəhər valisi Əli İhsan Su bildirib ki, yeraltı təkanlar zamanı şəhərdə 6 nəfər həyatını itirib, 79 sakin xəsarət alıb. Bundan başqa, 6 bina da dağılıb.
***
Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
Türkiyədə zələzlədə ölənlərin sayı 284 nəfərə çatıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oqtay bildirib.
O qeyd edib ki, 2322 nəfər isə xəsarət alıb.
***
Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə nəfərə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, 5385 nəfər yaralıdır.
***
Türkiyədə zəlzələ zamanı ölənlərin sayı 1014 nəfərə yüksəlib.
Bu barədə AFAD məlumat yayıb.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 1121-ə, yaralananların sayı isə 7634-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Həmçinin bildirilirb ki, zəlzələ nəticəsində 2834 bina dağılıb.
***
Zəlzələ nəticəsində həlak olanların sayı 1498-ə çatıb.

скачать dle 12.1