"Balalarım yanımda deyil, təkəm" - Xalq artisti kövrəldi
"Karantin başlayandan təkəm. Balalarım yanımda deyil, Bakıdadır, çalışırlar (kövrəlir). Özüm Gəncədə qalıram. Uşaqlarımı qoymuram yanıma gəlsinlər. Deyirəm, həmişəlik birlikdə olmaq üçün ayrı qalmaq yaxşıdır".
bia.az xəbər verir ki, bu sözləri Xalq artisti Pərvanə Qurbanova "Bizimləsən" verilişində deyib. Aktrisa proqramın virtual qonağı olib. O bildirib ki, karantin başlayandan tək yaşayır:
"Müharibə görmüş insanlarıq. Qarabağ müharibəsində düşmənlə vuruşduq. Bu virus isə gözəgörünməyən düşməndir. Bilmirik nə vaxt bitəcək və bizi harada vuracaq. Bizim dövlətə köməyimiz evdə oturmaqdır. Bu bəla keçsin, qurban kəsəcəm".
Qeyd edək ki, P.Qurbanova tamaşaçılara "Yuxu kimi" serialındakı Sərvinaz obrazı ilə tanışdır.