Bia.Az

"Liverpul" Mbappeni transfer edə bilər

Gündəm
 14-04-2020, 17:30     434

"Liverpul" Mbappeni transfer edə bilər"Liverpul" PSJ-nin futbolçusu Kilian Mbappeni transfer edə bilər.

bia.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Bildirilib ki, İngiltərə klubu futbolçusu Sadio Mane yay transfer pəncərəsində "Real"a keçəcəyi təqdirdə, fransalı hücumçu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Mbappe bu mövsüm Fransa çempionatında 20 matçda 18 qol vurub, 5 qolun ötürməsini verib.

Xatırladaq ki, 21 yaşlı oyunçu ilə "Real" da maraqlanır.скачать dle 12.1