Bia.Az

Dreyk ultra lüks sarayını göstərdi - Video

Gündəm
 10-04-2020, 17:00     354

Dreyk ultra lüks sarayını göstərdi - VideoAmerikalı məşhur repçi Dreyk karantin müddətində vaxtını səmərəli istifadə edərək yeni klip çəkdirib.
bia.az xəbər verir ki, sənətçinin “Toosie Slide” adlı mahnısına çəkilən ekran işi onun doğulduğu Toronto şəhərindəki malikanəsində lentə alınıb.

Klipi “Architectural Digest” jurnalına həvalə edən Dreyk onlara evinin hər küncünü çəkməyə icazə verib.

4,5 min kvadrat metrdən çox olan ultra lüks sarayın dizaynında əhəng daşından, bürüncdən, ekzotik ağaclardan və digər nəcib materiallardan istifadə olunub.

Jurnala müsahibə verən Dreyk “İstədim ki, bu saray böyük miqyasa malik olsun və ən azı 100 il qalsın” sözlərini deyib.


скачать dle 12.1