Bia.Az

Məhkumlar Ronaldinyoya görə ağlayıb

Gündəm
 10-04-2020, 16:00     419

Məhkumlar Ronaldinyoya görə ağlayıbBraziliya millisinin sabiq üzvü Ronaldinyo və qardaşı Asunsonyonedə həbsxanadan çıxmazdan əvvəl məhkumlarla vidalaşıb.

bia.az ESPN-ə istinadən xəbər verir ki, məhkumlar Ronaldinyonun türmədən çıxacağını biləndən sonra onun üçün barbekyu təşkil ediblər. Əfsanəvi oyunçu ilə vidalaşan kamera yoldaşlarının göz yaşlarını saxlaya bilmədiyi qeyd olunub. Ronaldinyo Braziliyaya qayıtmazdan əvvəl onları ziyarət edəcəyinə söz verib.

Qeyd edək ki, Ronaldinyo həbsxanada olduğu müddətdə məhkum və işçilərlə futbol oynayıb.

Xatırladaq ki, Ronaldinyo və qardaşı 1,6 milyon girov müqabilində türmədən çıxıb. Onlar ev həbsini Asunsyone şəhərindəki "Palmaroga" adlı 5 ulduzlu oteldə çəkir.скачать dle 12.1