Qaxda Şəhid Ailəsi HAQSIZLIQLA ÜZ-ÜZƏ... - AYIBDIR, VALLAH...
Ötən həftə Qax rayonu Qum kəndində Şəhid Fərid Ramazanovun məzarı önünə toplaşan məktəbliləri oradan uzaqlaşdıran və Şəhidin anım gününü keçirməyə izn verməyən Qum Bələdiyyəsinin sədri Fərid Həşimovun qanunsuz fəaliyyəti ilə bağlı xəbər dərc etmişdik. – http://qax.org.az/?p=13576
Bundan sonra əl-ayağa düşən bələdiyyə sədri bəzi sayt və səhifələrdə özünə bəy tərifi yağdıran yazı və paylaşımlar etdirmişdi.
Bu azmış kimi özlərini Yeni İctimai Nəzarət Şurasının üzvləri adlandıran, əslində isə heç bir dövlət qeydiyyatı olmayan və üzvlərinin əksəriyyətinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatlar zamanı saxlanılan qurum üzvləri Qum kəndinə gələrək, guya “hadisəni yerində araşdırır”, əslində isə bələdiyyə sədri Fərid Həşimovu haqlı, Şəhid ailəsini haqsız çıxarıb geri qayıdırlar. Bu gerçəklik Yeni İctimai Nəzarət Şurasının Qax rayon şöbəsinin sədri kimi təqdim edilən Turqut Əhmədovun paylaşdığı video görüntülərdə də açıq-aydın görünür. Həmin görüntülərdə bələdiyyə sədrinə “şər-böhtan atıldığı” bildirilir və Şəhid ailəsinə tezliklə torpaq veriləcəyi qeyd olunur.
PAYLAŞ: