Bia.Az

"Azərsu" ASC-nin Göyçaydakı səlahiyyətli adamı vətəndaşları Prezidentən narazı salmağa çalışır?! - ŞİKAYƏT

Fakt
 19-10-2021, 12:17     36

WhatsApp nömrəmizə Göyçay rayon Abdulla Faruk küçəsi d.8, ev.5 ünvanında yaşayan Məmmədova Ərkinaz Eyvaz qızı tərəfindən cənab Prezidentə müraciət daxil olub.

Hörmətli cənab Prezident!
Sizi məlum etmək istəyirəm ki,mən 1972-ci il təvəllüdlü Məmmədova Ərkinaz Eyvaz qızı Göyçay rayon A.Faruk küçəsi d.8, ev.5 ünvanında yaşayıram. Həyat yoldaşım Məmmədov Əsgər Qadir oğlu həqiqi hərbi xidmət dövründə vəzifə səlahiyyətlərini yerinə yetirərkən yüksək gərginli transformator partlaması nəticəsində daxili orqanları ciddi zərər görmüşdü. Həmin vaxtdan etibarən ağır ürək-damar xəstəliyinindən əziyyət çəkməsinə baxmayaraq, əlillik dərəsi ala bilmir. Halbuki fiziki əmək qabiliyyəti məhduddur. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki,böyük övladım 1994-cü il təvəllüdlü Məmmədov Qadir Əsgər oğlu ötən ilin dekabr ayında ani ürək tutmasından vəfat etmişdir. Həyat yoldaşım yatağa məhkum ağır xəstə olduğu üçün ailəmizin maddi ehtiyaclarını fəhləlik edərək mərhum oğlum qarşılayırdı. Ortancıl övladım qız övladıdır və ailəlidir. Kiçik övladım isə 2007-ci il təvəllüdlü Məmmədov Taleh Əsgər oğlu məktəblidir. O, qahum-qonşularımızın sədəqə etdiyi köhnə pal-paltarlarla dərsə gedib gəlir. Özüm isə evdar qadınam və yatağa məhkum xəstə ərimə baxıram. Dövlət tərəfindən pensiya və ya sosial yardım almırıq. Məhz bu səbəbdən də həyat yoldaşım,övladım və mən elə günlər olur ki, qarın dolusu yavan çörəyə belə həsrət qalırıq. Bəzən çarəsizliyin çarəsinin intihar etməkdə olduğunu düşündüyüm anlar da olur.
Yaxınlıqda yerləşən ərzaq mağazalarından çörək, çay və kimi gündəlik təlabadları nisyə alırıq, çox vaxt isə yaxşı insanlar köməklik edir. Həyat yoldaşımın bahalı müalicələrini elətdirə bilmədiyimiz üçün hər gələn gün, ötən günə nisbətən səhəti daha da ağırlaşır.

Hörmətli cənab Prezident! Bildirmək istəyirəm ki, "Azərsu" ASC Göyçay Sukanal İdarəsinin müdiri İlham Kərimov Göyçayda vətəndaşların gözünün yaşına baxmadan, onların maddi durumunun hansı səviyyədə olduğunu düşünmədən istədiyi kimsələri su üzünə həsrət qoyur.Əlbətdə istifadə olunan kommunal borcların ödənilməsi hər bir kəs üzərində vacibdir. Lakin vəzifədə işləyən məmur üçün yazılmayan qanunlardandır ki,insaflı olsun!

Belə ki, adını qeyd etdiyim idarənin müdiri İlham Kərimovun göstərişi ilə iki gün öncə "Azərsu" əməkdaşları bizə gəlmişdi. Onlardan nə qədər xahiş etməyimə baxmayaraq, bizə verilən içməli suyu kəsəcəklərini bildirdilər. Halbuki mən maddi durumumuzu və həyat yoldaşımın hazırda Xəstəxanada ağır vəziyyətdə yatdığını onlara bildirmişdim. Hətta zəng vasitəsilə müdir İlham Kərimovla da əlaqə saxladıq. O, isə bizə müxtəlif əsassız bəhanələr etməyə başladı. Beləlik də yalvarışlarımıza məhəl qoymadan həyat mənbəyi olan içməli suyumuzu kəsib getdilər. Göz yaşı tökərək, utana-utana qonşulardan gətirdiyim suyu istifadə edirik.

"Ümumiyyətlə isə onlar, öz işləri rahat həyata keçsin deyə vətəndaşlar üzərində müxtəlif məkirli planlar hazırlayırlar. Çünki 2014-cü ildə bizdə smart kart tipli su sayğacı ilə təchiz edilmişdir. Lakin 2017-ci ildə "Azərsu" ASC-nin əməkdaşları sayğaca texniki baxış keçirərkən guya "sayğacın batareyası köhnəlib" adı ilə smart kart tipli su sayğacını söküb apardılar. Əvəzində isə mexaniki su sayğacı quraşdırdılar. Beləliklə də suya olan borcumuz artmağa başladı"

Çox hörmətli cənab Prezident! Sizdən, çarəsiz, gənc oğlunu itirmiş bir ana kimi çox xahiş edirəm, suya olan borcumuzun ödənilib, içməli su ilə təmin olunmağımız üçün köməklik göstərəsiniz. Ümid edirəm ki, müraciətimi oxuyan kimi dərhal halımızla yaxından maraqlanacaqsınız.
Allah Sizi qorusun!



Tel: 0516898336

İnformasiya şöbəsi
скачать dle 12.1