Bia.Az

Güzdəkdə yeni ünvana daşınan Sobsan boya fabrikindən növbəti ekoloji TERROR – VİDEO+FOTO

Fakt
 27-08-2021, 01:13     29

SOBSAN boyaların tərkibində olan çox sayda kimyəvimaddələr insan orqanizminə eləcədə ətraf mühitə zərərli təsiri görtərməsi çox mətləblərdən xəbər verir. Bu boyalar həmçinin ekoloji cəhətdən təmi deyil. Sobsan stasionar mənbələrdən atılan tullantıların əsas zərəli hissələri və yandırıcı materiallar sözün əsl mənasında təşviş doğurur.

Bolge.tv bildirir ki, Abşeron rayon Aşağı Güzdək və Müşviq qəsəbə ərazilərini əhatə edən Sobsan boya fabrikinin yeni ünvanında inanılmaz ekoloji terror həyata keçirilir.

Beləki, Sobsan boyaları fabrikindən axıdılan zərərli maddələr hava hövzəsinin çirkləndirilməsinin əsas səbəbidir. Çünki vaxtında avadanlıq və qurğuların dəyişdirilməməsi, atmosferin mühafizəsi üçün nəzərdə tutulmuş təbiəti mühafizə tədbirlərinin həyata keçirilməməsi, ətraf mühitin mühafizəsinə sərf edilən maliyyə vəsaitinin az olması və ya əksinə ayrılan pulların mənimsənilməməsi, yəni az maya ilə milyonlar əldə edilməsi Sobsan boyalarınında adi hala çevrilməkdədir.  Yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub. Sobsan boya fabrikində aparılan emal zamanı kimyəvi maddələr və bir çox zərərli qarışıqlı yüz tonlarla suy birbaşa zavodun yeni ünvanında olan gölə axıdılır. Göldə yaranan zəhərli maddələr yayılması, suyun rənginin dəyişdiyini, hektarlarla torpaq ərazisinin erroziyya uğratdığının şahidi oluruq. Sobsan fabrikinin ekologiyaya vurduğu dəhşətli ziyana isə hələ də vəzifəli şəxslər tamaşa etməklə məşğudur. Bəzi ekologiya dəllaları da düşən fürsətdən sui-istfadə edim varlanmaqla məşğuldur. Çünki Sobsan adlı sanlı deputata bağlı olduğundan “mənə nə mən sağ olum” mexanizimi bəzi fürsətçilərə meydan açıb.  Amma, bilinsin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ləyaqətli mütəxəssisləri fürsətçilərə heç zaman imkan verməyib verməyəcək də. Çünki, prezidentimizdə bildirir kimliyindən aslı olmayan məmurlar və iş adamları ölkəyə zərər vurmağa çalışarlarsacəzalarını alacaqlar. İnanırıq ki, bu belə də olacaq.
Onuda qeyd edək ki, Sobsan boya fabrikinin Binəqədidə yerləşdiyi vaxtlarda çox sayda şikayətlər edilmişdir. Yanğın zamanı da ekologiyaya ciddi zərər dəymişdi. Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən hava və su nümunəsi üzərində aparılan monitorinq və analizlərin dəhşətli mənzərəsinin nəticələrinidə  açıqlamışdı.
Şikayətlər əsasında Bolge.tv -nin əməkdaşları Sobsan boya fabrikinin yeni ünvanında olub. Həmin ünvanda çəkilən foto və videosujeti təqdim edirik:

Aparılan araşdırmalardan məlum olur ki, Sobsan Boya” Azərbaycan qanunlarına məhəl qoymur.
Bütün bunlar azmış kimi, bildirək ki, “Sobsan Boya”nın sexlərində, laboratoriyalarında elə “qatqılar” olur ki, ( 12 kq- 6 kq ? ) bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır.
Amma görünür ki,  “Sobsan Boya”nın instituta direktor təyin etmək məsələsinə dönüb. Beləki,  “Sobsan Boya”nın şefi Səhiyyə naziri Oqtay Şirəliyevlə bazarlıq edərək Dadaşova Gülnaz Mahir qızını Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdirib.Artıq “Sobsan Boya” səhiyyəmizə də sponsorluq edir. Bildirək ki,  Gülnaz Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid Səbzəliyevin əmisi qızıdır. Bu da hamısı deyil.
Qeyd edək ki,”Sobsan Boya” şirkətinin rəhbərlərindən biri də Zöhrab Səbzəliyevdir.  Oqtay Şirəliyevin yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir…Bolge.tv
Qarşı tərəfin də mövqeyinidərc etməyə hazırıq
XəbərAl.azскачать dle 12.1