Bia.Az

Göygöldə iki kənd üz- üzə! - SSİ-nin rəisi pul yedi və susuzluq yaratdı

Fakt
 6-02-2021, 15:54     95

Göygöl rayonunun Dozular-Pənahlılar-Çaylı kəndlərində baş qaldıran kütləvi narazılıq pik həddə yülsəlib. Göygöl Suvarma Sistemləri idarəsinin rəisinin özbaşına plan- layihəsi əsasında Dozular kəndi ərazisində olan və əsasən sovetlər dönəmindən Pənahlılar kəndinin əkin torpaqlarının suvarılmasında istifadə olunan boru su xəttinin Çaylı kəndinə çəkilməsi haqlı narazılıqlar yaradıb.

"Demokratik.Az"-ın məlumatına əsasən, sözügedən kəndlərin sakinləri indi üz-üzə qalıb. Çaylı kənd sakinləri su çəkilişinə sevinsələr də, Pənahlılar kəndi suya olan tələbatlarının bundan sonra ödənilməyəcəyindən narahatdırlar. Şikayətin mahiyyətindən bəlli olur ki, yerli meliorasiya idarəsi onların suyunu əllərindən alıblar.

Ötən gün məsələ ilə əlaqədar Göygöl rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Ariz Eyvazov kənd sakinlərinin problemlərini dinləmək üçün adıkeçən kəndlərdə olub. Sakinlərin bir çoxu torpaq sahələrinin suvarılmasında qarşılaşdıqları süni çətinlik və bürokratiya barədə məlumat verib öz iradlarını bildiriblər. Hadisənin baş verməsində suçlu kimi görünən SSİ rəisi İlqar Məhərrəmov isə özbaşınalığı normal hal kimi isbat etməyə çalışıb. Demokratik.az xatırladır ki, Pənahlılar kəndinin suyunun " oğurlanması" na səbəb meliorativ tədbir adı altında irihəcmli dövlət vəsaitlərinin Çaykənddə qurulan, lakin yararsız nasos stansiyasının mövcudluğunu pərdələməkdir.

Şikayətçi sakinlər hesab edirlər ki, əgər Çaylı su nasos stansiyası dövlətə təqdim olunduğu kimi işlək vəziyyətdə olsaydı, ayrılan pulları havaya sovuran İlqar Məhərrəmov da Pənahlılar camaatının vəsaitilə qurulmuş su boru xəttinin Çaylıya uzadılmasına məcburiyyət qalmazdı.
Vətəndaşların icazəsi olmadan Göygöl SSİ- nin pay torpaqlarında hansısa qazıntı işləri aparması da mülkiyyət hüquqlarına qarşı təcavüz aktı sayıla bilər.

Srağagün sakinlərin özlərinin qeydə aldıqları videomaterialları da təqdim edirik.

BİA.AZ
скачать dle 12.1