Bia.Az

"Bələdiyyə sədri dövlət torpaqlarını xətri kimə istəyir, ona da satır..." - GİLEY

Fakt
 5-02-2021, 18:12     382

Xudatın bələdiyyə sədri Elman Allahyarovla bacarmaq mümkün deyil. Uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə İdarəsində işləyib. Bələdiyyə sədri vəzifəsinə gələndən sonra isə Nabranda meşənin yarısını zəbt edərək obyektlər tikdirib. Dövlətin torpaqlarını xətri kimə və neçəyə istəyir, satır. Heç kimdən qorxmur”.

DİA.AZ bildirir ki, bunu Xaçmaz rayonu, Xudat şəhər, 3-cü şöbə sakini Novruz Məmmədov deyir.

O bildirir ki, vətəndaş nikahında yaşadığı Samirə Əlibəyova MAXE kimi hərbi xidmətdə çalışan oğlu, 1998-ci il təvəllüdlü Məcid Kərimova torpaq sahəsi almaq istəyib(d9mc3ts4czbpr.cloudfront.net). Lakin onların işi süründürməçiliyə salınıb. Ailəyə verilən torpağın plan sənədində Xudat şəhəri qeyd olunsa da, torpaq 3-cü şöbə ərazisində yerləşir.

Onun sözlərinə görə, həmin ərazidəki torpaqların dövlət rüsumu isə şəhərdəkindən aşağıdır: “Deyir ki, sizə satdığım torpaq Xudat şəhərindədir, ona görə torpağın sotu 400 manatdır. Bu necə şəhərdir ki, ətrafda mağaza, xəstəxana yoxdur. Əlliyə yaxın ev olan kənddir, Xudatdan da 2-3 kilometr kənardadır. Bizə sotu 400 manata satdığı ərazidən bir kilometr kənarda olan torpağın qiyməti 75 manatdır. Şəhərdə torpağın qiyməti bahadır. Elman Allahyarovun bizə verdiyi torpaq sahəsi Xudat şəhər, 3-cü şöbədə, özü də su dayanan yerdir. Sənəddə isə Xudat şəhəri yazıb. Xudat şəhər, 3-cü şöbədə torpağın qiyməti 75-110 manat arasında dəyişir. Bizə torpağı bu qiymətə qəsdən, acığa verir. Bu pulları ödəyəndən sonra da, deyir ki, 250 manat da notariusa ödəməlisiniz. Çalışır ki, bizdən artıq pul çıxsın. Təxminən bir il yarım öncə ondan torpaq istədik, vermədi. İşimizi get-gələ saldı. Üzərindən xeyli vaxt keçmişdi. Bu adam Xudat-Nabran yolunun kənarında yerləşən rus məzarlığını sökdürüb, ərazini satdı. Həmin vaxt sökülən ərazidə hətta bir neçə məzarlıq dağıdılmışdı. Elman Allahyarov oranı satdı. Hadisəni ictimailəşdirsəm də, sübut edə bilmədik. Bu hadisədən sonra bizə torpağı baha qiymətə satmaq istəyir”.

Novruz Məmmədov dediyinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb: “Xaçmaz Regional Ədliyyə İdarəsində də olmuşuq. Amma bizim şikayətimizə məhəl qoyan yoxdur. Həyat yoldaşım Elman Allahyarovla sonuncu dəfə görüşəndə deyib ki, səndən şikayət edəcəyəm. Yoldaşıma cavabında söyləyib ki, indiyə kimi hara şikayət etmisənsə, bir də elə. İstəyirsən, prezidentə şikayət et. Görünür, bu adam heç kimdən qorxub çəkinmir. Bizə təklif etdiyi ərazidən başqa bir adam torpaq almaq istəyib, ona aşağı qiymət söyləyib. İstəyimiz odur ki, bizə qiymətdə güzəşt olunsun. Torpağı alandan sonra orada ev tikmək lazımdır. Uşaq hərbidədir. Orada kirayə pulu verir. Hər gün ailəsinin yanına gələ bilmir. İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə olub. Bələdiyyə sədri isə deyir ki, mütləq yaralanmalıdır. Döyüşdə yaralanan döyüşçüyə ev tikilirsə, bir ucuz qiymətə də buna torpaq verilə bilməz? Öz qiymətinə ver. Sən mənimlə acığa niyə prinsip aparırsan?”

“On beş ildir bələdiyyə sədridir. Bu qədər sərvəti haradan və necə yığıb? Nabranda meşənin yarısını zəbt edərək obyektlər tikdirib”, - Novruz Məmmədov deyir: “Ötən il Nabranın bir kilometrliyində yaşıllıq zolağında beş obyektin tikintisi məqsədilə bünövrə salınmışdı. Şəmsəddin Xanbabayev icra başçısı vəzifəsindən getməmişdən bir ay əvvəl idi. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub yazdım, zəng də etdim. Nazirlikdən nümayəndə göndərdilər. Həmin ərazini Xudat bələdiyyəsinin sədri Elman Allahyarov qanunsuz olaraq satmışdı. Nazirlik tərəfindən obyektlərin bünövrəsi uçuruldu, dağıdıldı. Yeni başçı gələndən sonra ərazini alan adamlar bələdiyyə sədrinə dedilər ki, səndən şikayət edəcəyik. O, da həmin adamlara başqa yerdən torpaq verəcəyini vəd elədi. Su dayanan yerdən əlillərə torpaq sahəsi verib. Orada evlər tikilir. Halbuki ərazi tikintisi üçün yararsızdır”.

BİA.AZ
скачать dle 12.1