Bia.Az

“Uşaqlarımız məktəbə, özümüz işə gedib-gələ bilmirik“ - Şuşa şəhərciyinin sakinləri FƏRYAD EDİR - Foto/VİDEO

Fakt
 8-01-2021, 01:02     598

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin ətraf ərazilərində yaşayan sakinlər yağış, kanalizasiya sularının yaratdığı gölməçələrin əhatəsində qalıb.

Bu barədə BİA.AZ-a məlumat verən sakinlərin sözlərinə görə, yağış yağandan sonra vəziyyətləri daha da acınacaqlıdır:

“Uşaqlarımız məktəbə, özümüz işə gedib-gələ bilmirik. Küçələr suyun içərisindədir. Yağış yağandan sonra həyətlərimizi də su basıb. Yerə mişar daşı qoyub, onun üzərində hərəkət edirik. Hava qızandan sonra isə ərazidə həşəratların əlindən tərpənmək olmur. Yay aylarında buradan üfunət qoxusu gəlir. Səbəb də odur ki, ərazidə kanalizasiya sistemi mövcud deyil. Məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsək də, nəticə yoxdur. Evlərimizin altı su olduğu üçün divarlarda problemlər yaranıb. Evin içərisi nəmişlikdir, bünövrəsi isə ovulub gedir. Xahiş edirik ki, bizə yardım edilsin”.

Yada salaq ki, ərazidə yaşayan sakinlər dəfələrlə küçəyə çıxaraq, aksiya keçirmişlər. Aidiyyatı qurumlardan, xüsusiylə Sabunçu Rayon İcra Hakimiyyətindən sakinlərin problemlərinə biganə yanaşılmış, müvafiq tədbirlər görülməmişdir.












BİA.AZ
скачать dle 12.1