Bia.Az

Mərdan Camalov üçün sakinlərin dərdi dərd deyil... - GİLEY

Fakt
 5-01-2021, 21:53     436

“Zərdab rayonunun Dəkkəoba kəndində örüş torpaqları kənd bələdiyyəsi tərəfindən bir qrup fermerə icarəyə verilib. Fermerlər qanunsuz olaraq torpaqların təyinatını dəyişib, orada buğda və arpa əkib, fermalar tikiblər. Nəticədə isə kənd əhalisi mal-qarasını otarmaq üçün örüş sahəsi tapa bilmir”.

Bu iddia ilə DİA.AZ-a Dəkkəoba kənd sakinləri müraciət ediblər. Kənd sakini Asif İsayevin sözlərinə görə, kənddə salınmış tut bağları satıldığından kəndlilər indiyə qədər əsas məşğuliyyətləri olan baramaçılıqla da məşğul ola bilmirlər: “Bir neçə ildir ki, Zərdab rayonunun Dəkkəoba kəndində bələdiyyə fəaliyyətində ciddi özbaşınalıq var. Rayonumuz baramaçılığın inkişafı üçün əlverişli rayon olduğundan hələ Sovet dövründə kəndimizdə geniş çəkil (tut) bağı salınıb. Kəndin baramaçılıqla məşğul olan əhalisi yarpağa olan ehtiyacını bu çəkil bağından qarşılayırdı. Lakin bir neçə il əvvəl həmin bağ da satıldı. İndi baramaçılıqla məşğul olan kənd əhalisi yarpaq ehtiyacını o həyətdən- bu həyətdən qarşılayır, məcbur qalıb pul ilə çəkil yarpağı alırlar”.

Sakinlər iddia edir ki, bu problemlərlə bağlı dəfələrlə Zərdab rayon İcra Hakimiyyətinə üz tutsalar da, müraciətlərinə reaksiya verilməyib.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
скачать dle 12.1