Bia.Az

Qarabağ döyüşcüsü "Müharibə veteranı" adı ALA BİLMİR - FOTO

Fakt
 2-04-2024, 01:08     449

Bərdə rayonu 1-ci Qazaqlar kənd sakini Qasımov Mehman Qara oqlu BİA.az-a müraciət edərək üzləşdiyi problemin həllinə köməklik göstərməyi xahiş edir.

 Mehman Qasımov bildirir ki, o, 1992-ci ilin axırlarında Bərdə rayon hərbi kamssarlıgı tərəfindən həqiqi hərbi xidmətə çagırılıb. O, Füzuli rayonunun Qəcar kəndində yerləşən 722 723 nömrəli hissədə hərbi xidmətə başlayıb, döyüşlərdə olub. 1993-cü ilin dekabır ayndan 701 nömrəli hərbi hissənin 5-ci taborunda Kəlbəcərin Narşdar kəndində döyüşlərdə işdrak edib. Rota komandiri isə Bərdə rayonun Yeni daş  kəndinin sakini Rizvan Qasmov olub.

Şikayətci bildirir ki, o, dəfələrlə Bərdə rayon hərbi komissarlıgına, müdafiə nazirliyinə müraciət edərək hərbi biletinə müvafiq qeydlərin edilməsini xaiş edib, lakin illər kecməsinə baxmayaraq "ötür-ötür oyunu" ilə qarşılaşıb, ona "Müharibə veteranı" adı verilməsi müşkül işə cevrilib. 




скачать dle 12.1