Bia.Az

"Bərbad... yalançı bir sistemdir" - MÜŞTƏRİ PEŞMANÇILIĞI...

Fakt
 1-04-2024, 14:24     301

"Şikayətim "Umico Market"dəndir. Telefon aldıq. Telefon funksiyaları haqqında yalan məlumat yazıblar. "NFC" olduğu qeyd olunmuşdu. Bunu xüsusi ile soruşub sifariş etmişdim..." Dia-az.info bildirir ki, bu barədə "Şikayətim Var" sosial qupundakı paylaşımda giley olunur.

"Bərbad... yalançı bir sistemdir"

Narazı vətəndaş daha sonra yazır: "Hətta əməkdaş özü zəng edib "NFC" dəstəklədiyini bildirmişdi. Gələn məhsulda bu funksiya yox idi. Geri qaytardım ( rayondan poçtla). 2 həftədir ödənişi geri ödəmirlər. Hər dəfə də "sizinlə əlaqə saxlanılacaq" deyilir və itirib-axtaran olmur.

Arxayın saldılar ki, geri göndərin çatan kimi problemsiz ödəniş geri ödəniləcək. Belə olduğunu bilsəydim Bakıya gedib, satıcının özünə təhvil verərdim ya da dəyişərdim. Atamın ad günü üçün hədiyye almışdım. Ad günü də keçdi. Pulu geri versəydiler, başqa telefon alacaqdım. Bərbad... yalançı bir sistemdir".
скачать dle 12.1