Bia.Az

"Ruslan Əliyevin ətrafı bundan gerimi qalır?" - ETİRAZ

Fakt
 29-02-2024, 12:18     266

Dünən Dia-az.info olaraq SOCAR-ın Insan Resurslari departamentinin Portalında müşahidə olunan problemlərlə bağlı bir giley xəbərini əqdim etdik.

Yazı burada: "Hər idarənin vakansiyasını versinlər hərənin öz idarəsinə..." - ETİRAZ VAR...

Dia-az.info qeyd edir ki, bu problem sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunub.

İstifadəçilərdən Huseyn Oğuz yazır:
"Sistemə daxil ola bilmək üçün hər ay bir başqa brauzer istifadə edirik.
Öncə Google,daha sonra Opera ilə daxil olurduq.
Hazırda hər iki brauzer dəstəkləmir.
Son 2 aydır ki Yandex Brovser vasitəsilə daxil oluruq.
O da müəyyən model telefonlar üçün keçərlidir.
Əlavə olaraq hər ay Sap sistemində daxil olma parolu ilə yaranan çətinliklərin.
Ümumiyyətlə bu SAP sistemi ən kiçik fəhlə kateqoriyasında çalışanları belə mühasibat uçotu öyrənməyə vadar etdi (itirməmək üçün)
Yəni növbəli rejimdə çalışan işçilər əmək məzuniyyətinə getdiyi zaman,
Misal ayın Fevral 10 məzuniyyətə gedirik.
Getdiyiniz zaman bir, məzuniyyətdən döndüyümüz zaman bir ayrı itiririk.
Örnək olaraq.
Fevral norma iş saatı 159 saat.
Növbə ilə çalışan işçilər üçün bu ay 168,172,176,180 saat olur .
Mən fevralın 10-u məzuniyyətə getdiyim zaman mənə fevralın 9-a dək işlədiyim 12-saatı deyil, Fevralın doqquzunadək faktiki iş günləri üzrə 8 saatdan hesablanaraq əmək haqqı hesabkanlr.
Məzuniyyətdən döndüyüm zaman 2-3 Mart.
Mart ayının iş norma saatı 118 saat(dəyişən bayram 6-bazar)
Yəni mən mart ayinin 1-deyil də 1 gün belə keçmiş olsam,yalnız sap sistemi mənim ay sonunadək 118 saat çalışmama icazə veriir.
Yəni 12 saat deyil,işçi 118 saatı çalışa bilməsi üçün 8 saat işləməli olur.
Halbu ki növbəli iş rejimində bu ay 180,184,188,192 saat edir.
Oklad sistemi olmadığı üçün burada işçi istənilən halda itirir..."

Yunis Camalov adlı istifadəçi isə vəziyyəin digər qqurumlarda da eyni olduğundan danışır:
"Bu cür olmasaydı, Qağaməli Seyfullayev tayfasını Qaz İxrac İdarəsinə və Neft Qaz Təmir Tikinti Trestinə yerləşdirə bilərdimi?
Yaxud da Ruslan Əliyevin ətrafı bundan gerimi qalır?
,,Azəriqaz"İ.B-i tam bir qrupun əlindədir..."скачать dle 12.1