Bia.Az

Su İdmanı Sarayı 250 ton dəsmal və xalatın yuyulmasına 177 min manat xərcləyəcək

Fakt
 27-02-2024, 01:27     360

Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Su İdmanı Sarayı” MMC tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 177 min manat olan tender müsabiqələrinin qalibi fiziki şəxs Əliyev İlham Məmmədtağı oğlu olub.

Əliyev İlham Məmmədtağı oğlu “Su İdmanı Sarayı” MMC-nin sifarişi əsasında ümumi çəkisi 250 min kiloqram olan bədən dəsmalı, əl-üz dəsmalı, fitə, xalat və s. məhsulların yuyulmasını həyata keçirəcək.

Rəqəmlərdən də göründüyü kimi, 1 kq məhsulun yuyulması üçün “Su İdmanı Sarayı” MMC 71 qəpik xərcləyəcək.скачать dle 12.1