Bia.Az

“Misli” insanları göz görə-görə aldadır… - Tanınmış idman jurnalistindən etiraz

Fakt
 9-02-2024, 15:18     252

Azərbaycanın mərc bazarında özünü “qanuni mərc operatoru” kimi təqdim edən “Misli”dən şikayətlər artmaqda davam edir…

Görünən odur ki, “Misli” sahib olduğu monopolist mövqeyindən yararlanaraq müşətilərin, mərc həvəskarlarının hüquqlarını pozmaqda davam edir.

Belə hüquq pozuntusu halları ilə bağlı az qala hər həftə redaksiyamıza şikayətlər daxil olur. Oxucularımızdan biri öz müraciətində bildirir ki, “Misli”yə ünvanladıqları şikayətlər zamanı mücərrəd bəhanələrlə rastlaşırlar, mübahisəni bir qədər dərinləşdirib, ətraflı izahat tələb edəndə isə şirkətin operatorları onları bloka atır.

Bir müddət əvvəl idman jurnalisti Ağa Dadaşzadənin sosial şəbəkə hesabı vasitəsiylə yaydığı şikayəti sizə təqdim etmişdik. Görünən odur ki, digərləri kimi onun da şikayətlərini dinləyən tapılmayıb. Bu yaxınlarda idman jurnalisti öz hesabı vasitəsiylə yeni videomüraciət paylaşıb.

Sitat: “Misli”nin tətbiqi son günlər bilavasitə və dolayısı ilə insanların pulunu mənimsəyir. Bu tətbiqdə son günlər ciddi problemlər yaşanır. Şirkət də problemə biganə yanaşaraq, insanların pullarının əldən çıxmasına şərait yaradır, elə edirlər ki, onların pulu əldən çıxsın. “Misli”nin tətbiqi vasitəsiylə canlı oyunlara pul qoyuluşu edərkən oyunların sırası, yeri sürüşür. Bunun da nəticəsində insanlar yanlış təxminə pul qoyurlar, nəticədə də onlar pullarını itirirlər. Üç gündən çox davam edən bu problem hələ də yerində qalır. Özünüz düşünün ki, bu müddət ərzində nə qədər müştəri pulunu uduzur. “Misli” buna cavabdehlik daşımalıdı, şirkət öz ampluasında qalır. İtirilən pulların bədəli verilməlidir. Buna çox təəssüf edirəm. “Misli” insanları göz-görəsi aldadır”.



Mövzuyla bağlı araşdırmalarımızı davam etdirdikcə yeni faktlarla, bitməyən şikayətlərlə rastlaşırıq.

Araşdırmalarımız davam edəcək…

Poliqon.info
скачать dle 12.1