Bia.Az

“Turan Hospital”da ƏBƏDİ texniki problem… - GİLEY

Fakt
 9-02-2024, 12:21     123

“Turan Hospital” uzun müddətdir çalışmayan xidməti ilə klinikada müayinəyə gələnləri yola verir.

Tribunainfo.az yazır ki, “Turan Hospital” klinikada analiz verənlərin işini asanlaşdırmaq üçün uzun müdddətdir ki, bir xidmət istifadəyə verib. Belə ki, klinikanın saytında analiz verənlərin cavablarını QR (küar) kod ilə əldə edə bilməsi üçün “müayinə nəticəsini əldə et” pəncərəsi qoyulub. Ancaq xidmət uzun müddətdir ki, işləmir.

Bir neçə aydır çalışmayn xidmətlə bağlı klinikanın verdiyi cavab isə təəcccüb yaradır. Klinikadan bildirilib ki, texniki problem səbəbindən xidmət işləmir. Maraqlıdır ki, uzun müddət keçməsinə baxmayaraq texniki problemi aradan qaldırmaq mümkün deyil.

Klinikanın mövqeyini işıqlandırmağa hazırıq.
скачать dle 12.1