Dövlət qurumunun 3,8 milyonluq icarə tenderini bu şəxs – UDDU
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “İcarə xidmətinin satınalınması” tenderinin nəticələrini elan edib.
Dia-az.info xəbər verir ki, tenderin qalibi Ülkər Firudin Qızı Əliyeva olub.
Şirkətlə 3 828 000 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 60 ay müddətinə 4 400 m2 inzibati bina sahəsinin icarəsi satın alınacaq.