Bia.Az

Bu BOKT-lardan pul götürənlərin BAŞI BƏLADA … - FOTO

Fakt
 8-02-2024, 16:51     188

Bank Olmayan Kredit Təşkilatı olan “Azpulmat”dan istifadə edənlərin kredit tarixçəsi pis günə düşür.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Azpulmat”-dan pul götürən vətəndaş Əli Murad yazıb. O bildirib ki, heç bir gecikməsi olmadığı halda kredit tarixçəsi bərbad vəziyyətdədir:

“Limit maksimum səviyyədədir, gecikməm də yoxdur. Amma banklar kredit vermir “Azpulmat”ı görən kimi. Heç bir problem olmadığı halda kredit göstəriciləri də yaxşıdan kafiyə düşüb”.

Sözügedən problemdən əziyyət çəkən Nurlan Qaraxanlı bildirib ki, bu problem təkcə “Azpulmat”la əlaqədar deyil. Belə ki, BOKT-lardan pul götürənlərə kredit verilmir:

“BOKT-lardan pul götürənlərə Mərkəzi Bank kredit vermir”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bu BOKT-lardan pul götürənlərin BAŞI BƏLADA …
скачать dle 12.1