Burda müştərinin sifariş etdiyi məhsullar OĞURLANIR... - BU DA FAKT!!!
"Şikayətim Kango.az şirkətindəndir. Şirkət çox bərbad xidmət göstərir. Dekabr ayında bağlamam kuryer tərəfindən parçalanmış, 3 məhsulum içərisindən götürülmüş,qalanları da yararsız hala salınmış şəkildə təhvil verildi. ( mən işdə olduğum üçün evdə başqa şəxsə təqdim olunub,o da sadəcə bağlamanın niyə parçalanmış halda olduğunu soruşub, kuryer mənlik deyil deyib gedib)..." Bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Lumiyyə Əliyeva adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Bu ay anam yenə sifariş edib birbaşa çatdırılma ilə və təəssüf ki, yenə eyni şirkət,yenə kuryer problemi. Kuryer bir dəfə zəng edib,nömrəyə cavab verilməyib,o da məhsulu götürüb aparıb. Normal şirkətlər ən azından məhsul anbara çatanda sms göndərir. Xəbərdarlıq edir ki,müştəri zəng gələcəyini ən azından gözləsin,evdə olmağa çalışsın. Bunlara sifariş edəndə gərək əlində telefon 7/24 qapıda hazır dayanasan.
Antiinhisar idarəsi birbaşa edilən sifarişlərdən gələn şikayətlərə baxmır, bunlar da istədiklərini edə bilir..."