Bia.Az

Ağstafada Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından qanunsuz ƏMƏL... - Boş sənədə imza atıldı

Fakt
 30-01-2024, 11:47     181

Ekologiya və Təbii Sərvətlər Nazirliyin əməkdaşlarının ilginc əməli diqqət çəkib.

32gun.az-a daxil olan məlumata görə, sosial şəbəkədə gedən şikayətlə bağlı ETSN-nin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının əməli təəccüb hissi oyadıb.

Ağstafada Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından qanunsuz ƏMƏL...

Belə ki, idarənin əməkdaşlarının Ağstafa rayonundakı ekoloji vəziyyətlə, ağac kəsilməsi ilə bağlı aldığı izahatdan sonra çıxarıb tərtib edəcəkləri akt boş olub və vətəndaşa boş vərəqə imza çəkdirilib.

Bildirilir ki, həmin sənəd prokurorun masasına göndəriləcək aktdır.

Bununla bağlı vətəndaş tərəfindən 32gun.az-a sənədin fotoşəkili daxil olub.
скачать dle 12.1