Bia.Az

Naxçıvanda Qaraxanbəyli kəndinin QARA GÜNLƏRİ... - İcra qurumları HARA BAXIR?..

Fakt
 20-01-2024, 12:06     161

Naxçıvan şəhər Qaraxanbəyli kəndində sürü halında gəzən küçə itlərinin bir gündə iki nəfəri parçalaması sakinləri ayağa qaldırıb. İtlərin hücumuna məruz qalanlardan biri musiqi müəllimi Lalə Abdullayeva, digəri isə NDU tələbəsi Nərmin Səfərovadır. Yaralananların hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Bu haqda „Gündəlik Naxçıvan“a kənd sakinləri məlumat veriblər.

Sakinlər bildirir ki, bu, kənddə ilk belə hal deyil və problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb. Elə, bu səbəbdən də onlar kütləvi səfərbər olub, itlərlə özləri mübarizə aparmağa məcbur olublar. Sakinlər toplanaraq, sürü halında gəzən 40-dan artıq iti kənddən qovmağa çalışıblar. Bu zaman itlərə qarşı zorakılıqların da baş verdiyi bildirilir.

Naxçıvanda Qaraxanbəyli kəndinin QARA GÜNLƏRİ...

Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzindən „Gündəlik Naxçıvan“a verilən məlumata görə, yanvarın 18-də səhər saatlarında Qaraxanbəyli kənd sakini Nərmin Səfərova ağır yaralarla Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. Bundan bir neçə saat sonra isə, daha ağır yaralanmış digər kənd sakini Lalə Abdullayevanı qəbul ediblər:

“Qaraxanbəyli kənd sakini Nərmin Səfərovanı müxtəlif bədən yaraları ilə gətirdilər. Quduzluğa qarşı iynə vurduq və digər lazımi tədbirlər görüb, dərhal polisi məlumatlandırdıq. Bir müddət sonra eyni kənddən Lalə Abdillayeva daha ağır vəziyyətdə gətirildi. İtlər onun bədəninin müxtəlif yerlərini parçalamışdı. Onu vəziyyəti indi də ağır olaraq qalır”.
скачать dle 12.1