Bia.Az

Sumqayıtın “boz kardinal”ı Gündüz Əliyev “Gənclik City”dən itmina etdi: məmur əmlaklarının müsadirə ediləcəyindən qorxur…

Fakt
 11-01-2024, 01:21     203

Sumqayıt Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Gündüz Əliyev sahib olduğu ən böyük obyektdən – Sumqayıt bulavrındakı “Gənclik City”dən rəsmən imtina edib.

 Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bu addımı atmasına səbəb şöbə müdirinin “Sumqayıt Tibb Mərkəzi”  Publik Hüquqi Şəxsində baş verən bir milyon manatdan çox mənimsəmədə ittiham edilməsi, buna görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunmasıdır.  Şöbə müdiri bugünə qədər sahib olduğu milyonlar və şəxsi əlaqələri hesabına öz əmlak və mövqeyini qoruyub saxlasa da, faktların Gündüz Əliyevin xeyrinə olmadığı göz önündədir. Bu isə qarşıdakı məhkəmə proseslərinin Gündüz Əliyev üçün heç də asan keçməyəcəyini gözləyir.
Mənbənin baş verənlərlə bağlı cumhuriyyet.az-a bildirdiyinə görə Vəziyyətin ümidsizliyi Gündüz Əliyev tərəfindən də yaxşı dərk edildiyi üçün, şöbə müdiri “nə olar, nə olmaz” prinsipi ilə “yaman gün” hazırlığına başlayıb. Məhkəmənin qərarı ilə əmlaklarının müsadirə ediləcəyindən ehtiyat edən Gündüz Əliyev bir müddət bundan öncə dəyəri 5 milyon manatdan çox olan “Gənclik City” adlı nəhəng ictimai iaşə və əyləncə mərkəzini Toğrul adlı yaxınının adına keçirib.
Bundan başqa, istirahət saatlarının çoxunu “Gənclik City”də – özünə məxsus kabinetdə keçirən şöbə müdiri, sözügedən obyekti Toğrul adlı şəxsin adına keçirəndən sonra bir dəfə də olsun bu məkana ayaq basmayıb. “Gənclik City”nin bütün kollektivinə isə tapşırılıb ki, onlardan Gündüz Əliyevi soruşan hər kəsə şöbə müdirini tanımadıqlarını, resoranın Toğrul adlı şəxsə məxsus olduğunu bidlirsinlər.
Bu fakt bir daha onu göstərir ki, Gündüz Əliyevlə bağlı mövcud situasiya kifayət qədər mürəkkəbdir və şöbə müdiri özünü ən pis ssenariyə hazırlamağı zəruri hesab edir.
Gələn yazımızda:

  • Gündüz Əliyev sahib olduğu digər obyektləri müsadirə təhlükəsindən necə sığortalamağa çalışır?
  • Zakir Fərəcovun ziyanı xeyrindən çox olan şöbə müdirini himayə etməkdən son anda imtina etməsinin səbəb nə olub?
Şöbə müdiri qulluq mövqeyindən istifadə etməklə mətbuatı necə “verbovka” edib və bu gün onların gücündən necə istifadə edir.
скачать dle 12.1