Bia.Az

"JEK" SAKİNLƏRDƏN PUL YIĞIR, AMMA ZİBİLLİKLƏR TƏMİZLƏNMİR... - Xırdalan sakinləri şikayətçidir / Video, Foto

Fakt
 7-01-2024, 15:19     172

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2B, mənzil 40-da yaşayan, ehtiyatda olan zabit Lətifov Asif Aydın oğlu tərəfindən və o ətrafda  yaşayan sakinlər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Onlar iddia edirlər ki, 2 saylı “JEK”in özbaşınalıqları bitmir.

“Biz sakinlər artıq hara müraciət edəcəyimizi bilmirik, sözün əsil mənasında təngə gəlmişik. Xırdalanda “JEK”lər istədikləri kimi "at oynadırlar". 
Dünəndən yenə “JEK” işçilərinin əlinə bir dəftər verib , qapı-qapı pul yığırlar. Zibilliklər dolub daşır, pis iyi binaları bürüyüb amma bunlar təmizlik üçün pul yığırlar. 
Binaların qarşısına dəmir çərçivə vurulur. Göndərdiyim şəkillərin hər biri  yeni çəkilib, yəni yenidir. 2 saylı “JEK”-in rəhbərliyi yolu qanunsuz şəkildə bağlayıb. Zibilliklər təmizlənmir, amma gündə bir qadını binalara göndərirlər, təmizlik üçün pul yığılır. “JEK”, İcra hakimiyyəti və Xırdalan şəhərinin başı memarı bunlara məhəl qoymur, sanki eşitmirlər. “JEK” rəhbərlikləri “bizim heç kəsdən qorxumuz yoxdur” deyirlər və bunu öz əməlləri ilə də sübut edirlər. Bu şəxslər məhkəmə qərarlarını tanımırlar.
Hörmətli redaksiya!
Xirdalan şəhərində vəziyyət həqiqətən də acınacaqlıdır. Sizdən xahiş edirəm ki, mənim problemimi işıqlandırın, inşallah, bu özbaşınalığa son qoyular”.
Məsələ ilə bağlı adları çəkilən qurumlarla əlaqə saxlaya bilmədik, zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, yazının mətbuatda getməsinə baxmyaraq “JEK” heç bir tədbir görməyib.




Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.скачать dle 12.1