Bia.Az

`Azəriqaz` kimə gəldi... necə gəldi... BORC YAZIR... - ""Azəriqaz" necə qazlayıb məni açığı bilmirəm..."

Fakt
 2-01-2024, 21:20     226

"Dostlar, smart tipli qaz sayğacına borc gəlmir deyib arxayınçılıq etməyin. Sayğacın üzərindəki kodu "Azəriqaz"in sistemində mütləq yoxlayın. Yəqin ki, mənim kimi sürprizlə qarşılaşmazsınız. İş günü başlasın "Azəriqaz"dan smart tipli sayğaca necə borc yazıla bilərin səbəbini öyrənib ətraflı yazacam. Qeyd edim ki, "Azərişıq" da smart tipli sayğaca 500 manatdan çox borc yazmışdı. Amma onlardan borcun olmaması ilə bağlı arayış aldım..." Bu açıqlama ilə tanınmış jurnalist Niyaz Niftiyev çıxış edib.

O daha sonra əlavə edib: "Əvvəl problem yarananda normal cavab ala bilmədim. Dedilər ki, guya müfəttiş gəlib smart tipli sayğacda yeniləmələr etməliyimiş, o da etməyib... Nəticədə borc yaranıb. Amma kartda borc görsənmirdi. Mən də borcun olmaması ilə bağlı sənəd tələb etdim. uzun çək-çevirdən sonra ala bildim. İndi "Azəriqaz" necə qazlayıb məni açığı bilmirəm..."

Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
скачать dle 12.1