Bia.Az

"Bu bankdan hara şikayət edək, bilmirik..." - NARAZILIQ VAR...

Fakt
 2-01-2024, 18:55     212

"Şikayətim ABB Tamkart kredit kartındandır. Noyabr ayının 14-ü və dekabr ayının 8-i Tamkart kredit kartı vasitəsilə məhsul almışam və aylara böldürmüşəm, lakin əməliyyatlar şəxsi kabinetdə görünmür. 2 ay keçməsinə, dəfələrlə zəng etməmə və dəstək xidmətinə yazmama baxmayaraq problemi həll etmirlər, edə bilmirlər ya da etməyə çalışmırlar.

Sonuncu dəfə ötən ay həll edəcəklərini dedilər, amma yenə də nəticə yoxdur. Artıq dəstək xidməti də cavab vermir, yazıram, cavabsız qalır həftələrlə.

Bu problemi necə həll etmək olar bilmirəm..."

Mənbə: "Müştərinin Səsi" SQ - Şikayətçi: Dinara Əliyeva

Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)скачать dle 12.1