Bia.Az

“At oğrusu”na 5 il, qatı cinayətkar Rasim Məmmədova 2 il 6 ay cəza..? – Ədalətin budurmu, Azərbaycan məhkəmə-hüquq sistemi..?

Fakt
 1-02-2023, 18:14     194

Rasim Məmmədovun adını Ulu Öndərlə qoşa çəkmək…

Neçə illərdir ki, ölkənin fikir adamları, deputatları, savadlı hüquqşünasları  haray salır, həyacan siqnalı çalırlar ki, Azərbaycanda məhkəmə-hüquq  sistemi bərbad durumdadır. Hətta millət vəkillərindən biri Milli Məclisin tribunasından bəyan elədi ki, Azərbaycanda məhkəmə-hüquq sistemi FƏLAKƏTLİ vəziyyətdədir.
Təsəvvür edirsiniz, birinci instansiya məhkəməsi cinayətkara 11 il cəza verir, Apelyasiya məhkəməsi məhkəmə zalından azad edir, nə bilim Ağır Cinayətlər Məhkəməsi cinayətkara ağır cəza verir, Ali Məhkəmə bəraət  verir. Vallah dünyanın heç bir yerində, hətta ibtidai icmalarda belə hüquq sistemi ola bilməzdi. 11 il cəza hara, bəraət hara..? Belə olan halda 11 il cəza verən hakimlərin məsələsi necə olmalıdır..?
Bir sözlə, suallar çoxdur, cavab isə yoxdur. Bu məqamda  Ulu Öndərin “Cinayətkar cəzasız qalanda, günahsız cəza alanda dövlət sarsılır”  fikri yada düşür. Bir də cənab Prezident İlham Əliyevin Ali Məhkəmənin yeni binasının açılışında dediyi sözlər: “Bura ƏDALƏT sarayı olmalıdır”. Vallah Azərbaycan məhkəmə-hüquq  sistemində, özünü qondarma İctimai Nəzarət Koalisiyasının sədri kimi qələmə verən Rasim Məmmədov işində heç ədalətin izi də yoxdur. Marketdən çörək oğurlayana cəza verir, qatı cinayətkar Rasim Məmmədova isə bəraət tələb edirlər. Bunun harası ədalət oldu..? Bəli, dünən Sumqayıt Şəhər Məhkəməsində özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Medianın  yaydığı məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi məlumata əsasən, vətəndaş R.Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib. R.Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib. Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Ötən il fevralın 3-də R.Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Yuxarıda qeyd etdiyimiz kimi, bu boyda cinayət əməllərindən sonra məhkəmə Rasim Məmmədova 2 il 6 ay cəza verib.
Deməli, hansı rayondasa at oğrusuna hakim 5 il cəza verir, amma qatı cinayətkar Rasim Məmmədova isə 2 il 6 ay… Təcrübəli, hüquqşünaslar  2 il 6 ay cəzanın nə olduğunu gözəl bilirlər. Yəni Rasim Məmmədov 1 ildir həbsdədir və deməli Rasim Məmmədovun 1 il 6 ay cəzası qalıb. Yəni qısa müddətdən sonra qatı cinayətkar azadlığa çıxıb yenə cinayət əməllərini davam etdirəcək. Görəsən, bu ölkədə kimdir,  Rasim Məmmədovu bu qədər himayə edən, hüquq anlayışını ayaqlar altına atan..? Axı, rəsmi məlumatdan bəlli olur ki, Rasim Məmmədov 2 vəzifəli şəxsin iş yerinə gedərək, onları söyüb təhqir edib, onların başına zərbələr endirib, həmin şəxslər ağır  xəsarət alıblar və s. Bütün bunlardan sonra  2 il 6 ay..? Biz bunun  belə oacağını hələ neçə ay əvvəl  adi məişət hadisəsinin istintaqı 1 il uzadılanda və Rasim Məmmədovun vəkili ona BƏRAƏT tələb edəndə yazmışdıq. Belə  bir hadisənin  istintaqının 1 il uzadılması hüquqi  rüsvayçılıqdır.
Özünü HÜQUQŞÜNAS hesab edən vəkil deyirdi ki, Rasim Məmmədova BƏRAƏT verilməlidir, çünki…. Rasim Məmmədov evin tək oğludur, himayəsində 85 yaşlı anası var. Üstəlik, o, YAP üzvüdür, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən şəxsdir. Dəfələrlə Türkiyənin Kahramanmaraş və Kayseri şəhərlərində Xocalı abidəsinin ucaldılmasının təşəbbüskarlarından və bu abidələrin qoyulmasında, Xocalı parklarının açılışında iştirak edib, o, Başqırdıstanın Ufa şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi konfransın təşkilatçısı olub.
Birincisi, tək oğulun, ya da 5 oğulun hüquq elminə nə dəxli var..? Ona görə yazırıq ki, Azərbaycanda HÜQUQ heç ibtidai səviyyədə də deyil.
İkincisi, belə bir dələduzun, cinayətkarın adını Ulu Öndərin adı ilə yanaşı çəkmək, vallahi….yazmaq istəmirik, özünüz nəticə çıxardın. Adama deyərlər ki, get, öz atanın, babanın adını Rasimlə qoşa çək… Vəkil deyir ki, Rasim Məmmədov YAP-ın üzvü olub. Son 20 ildə yüzlərlə YAP üzvü həbsxana həyatı yaşayıb, aralarında hətta nazir, icra başçıları da var. Bilənlər bilir, tanıyanlar tanıyır Rasim Məmmədovu. Bu dələduzun adını  milli faciəmiz olan Xocalı faciəsinə bulamayın. Namusunuz olsun, şərəfiniz olsun.
Bilməyənlər üçün deyirk ki, Rasim Məmmədov dələduz, xuliqan, ev oğrusu, məişət pozğunu, reket olub. Buyurun tanış olun: Rasim Məmmədov hələ 18-19 yaşında hərbi xidmətdə olarkən ona cinayət işi açılıb. Hərbi xidmətdən sonra Moskvada özündən 38 yaş böyük Nadejda ilə evlənib onun qızıl-zinyət əşyalarını oğurladığı üçün həbs olunub. Sonra Azərbaycanda həbs olunub. Daha sonra bir də həbs olunub. Yəni bu adam  peşəkar cinayətkardır.
Görəsən, bu quldurbaşını, nə..başını kimlər himayə edir və niyə..? Kimlərdirsə, onlar Azərbaycan dövlətini sarsıdır. Biz əminik ki, cənab Prezident bu himayədarların əməllərindən xəbər tutan kimi onlar layiq olduğu cəzanı alacaqlar.скачать dle 12.1