Bia.Az

Sumqayıtda antisanitariya vəziyyətində olan cörək sexinə kim himayədarlıq edir? - Polis işcisi "Viloş" əslində KİMDİR?

Fakt
 4-01-2023, 13:16     206

Sumqayıt şəhəri 10 mikrayon, Üzeyir Hacobəyov kücəsi 133-141 də yerləşən "Oğuzmarket"in yaninda "Viloş" deyilən bir polis əməkdaşına məxsus çörək sexi ilə bağlı anoloji məlumatlar daxil olmuşdu. Məlumatlar müəyyən istisnalar olmaqla demək olar ki, ənənəvi xarakterli idi.

Məlumata görə bu çörək sexində də antisanitariya, çörəyin çəkisində aldatma, məlum əmək qanunvericiliyinin pozulması və s. kimi özbaşınalıqlar hökm sürməkdədir. Elə yerli sakinlərin də narazılığı məhz bu səbəblərdən idi...

Əməkdaşımız əldə etdiyimiz məlumatlarla bağlı sözügedən ünvanda olub, lazımı araşdırmalar aparıb. Mövzu ilə bağlı hazırladığımız yazını dərc edəcəyimizə söz vermişdik. Bəli, dogrudan da ilk baxışdan kiçik görünən bu istehsal müəssisəsinin böyük "gizlinləri" var imiş. 

Qeyd edək ki, bu müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların kobud şəkildə pozulması elə ilk baxışdan diqqəti cəlb edir. Belə ki, müəssisənin istehsal sahəsində sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb edilmədən fəaliyyət göstərdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı müəyyənləşdirilib. Təsəvvür edin, burada cörək bişirənlərin hec müvafiq geyim paltarları belə yoxdur. Bu barədə soruşduqda işci qızlar bildirdilər ki, buranın sahibi Viloşdur, tapşırıb ki, nə lazım olsa ona zəng etsinlər. Qoraddeldə vəzifəlidir, gələr görərsiniz.



Biz telefon nömrəmizi verdik. Cöx cəkmədi ki, zəng gəldi. Özünü "qoraddelin" işcisi kimi təqdim edən Zairov Vilayi soruşdu ki, mənim seximdi, oraya niyə gəlmisiniz, nə problem var. Biz jurnalist oldugumuzu, sexin fəaliyyətində baş verən qanunsuzluqlar barədə ona məlumat verdik. İndicə mənim seximdi, deyən Vilayi müəllim, tez sözünü dəyişib, mənim deyil, həyat yoldaşımındır bildirdi.



Biz kicik bir araşdırma apardıq və məlum oldu ki, Zairov Vilayi əslində 4-ü bölmədə növbətci hissədə işləyir.

ARDI VAR...

Qaynarxett.az



скачать dle 12.1