SÖZÜN İŞIĞINDA
Tapdıq Əlibəyli – 65
Uşaqlıq həyatın ən saf, ən həssas və eyni zamanda ən kövrək dövrüdür. Zaman keçdikcə bu illər xatirələrin dərin qatlarında səssizcə yaşayır, bəzən bir qoxu, bir musiqi və ya təsadüfi bir mənzərə ilə qəflətən canlanır, sanki ruhumuzu yenidən o sadə və təmiz hisslərlə doldurur. Xatirələr insanın daxili dünyasında bir arxiv kimi yığılır. Bəzən böyüklər sadə bir oyuncağı, bir küçəni və ya uşaqlıq dostunu xatırlayanda içində qəribə bir nostalji hiss yaranır. Bu hal həm sevindirici, həm də bir az kədərli olur, çünki keçmişə qayıtmaq mümkün deyil...
Tanınmış şair Tapdıq Əlibəylinin yazdığı kimi:
Xatirələr xəzan sayaq boylanır,
Xəyallarım xatirəyə boyanır,
Duyğularım nisgilərdən boy alır...
Xatirələr - yol yorğunu bir qərib...
Xəzan gözü sis, yağmurdan nəm çəkib,
Bir sevincə, bir kədərə çən çöküb,
Şair Tapdıq ğoy üzünə göz dikib...
Xatirələr - yol yorğunu bir qərib...
Xəyallarım xatirəyə boyanır,
Duyğularım nisgilərdən boy alır...
Xatirələr - yol yorğunu bir qərib...
Xəzan gözü sis, yağmurdan nəm çəkib,
Bir sevincə, bir kədərə çən çöküb,
Şair Tapdıq ğoy üzünə göz dikib...
Xatirələr - yol yorğunu bir qərib...
Xatirələri yol yorğunu bir qərib olan Tapdıq kiçik yaşlarında atasını itirdi. Anası və əmisinin himayəsində böyüdü. O çətin və ağır günlərində ana nənəsi Xurma ana ona çox dayaq oldu. Bir də o vaxtlardan misra-misra dilə gətirdiyi söz əlindən yapışdı və həmişə ona sirdaş oldu. Bir kimsənin sözü qəlbinə dəyəndə ruhunda alışdı, söz pıçıltıları eşidildi.
İçimdə büdrəyəndə,
Əlimdən yapışdı söz.
Qəlbimə söz dəyəndə
Ruhumda alışdı söz.
Əlimdən yapışdı söz.
Qəlbimə söz dəyəndə
Ruhumda alışdı söz.
Tapdıq həm də mənim uşaqlıq dostumdur. Biz eyni məktəblərdə təhsil almışıq. O, məndən bir sinif yuxarıda oxuyurdu. İstər Bürzünbül kənd səkkizillik, istərsə də Hamarkənd kənd orta məktəbində oxuduğumuz illərdə Tapdıq həmişə başqalarından seçilirdi və çoxları ona həsəd aparırdı. O uzaq illərdə Tapdığın müntəzəm olaraq məktəbin divar qəzetlərində, rayon qəzetində məqalələri və şeirləri çap olunurdu. Məktəb tədbirlərində həmişə fəal iştirak edirdi.
Məktəb divar qəzetindən başlayan yaradıcılığı Tapdığı bir şair kimi yetişdirməyə başladı. Bürzünbül kənd səkkizillik məktəbindən başlayıb, Hamarkənd orta məktəbində başa çatan təhsil illəri üzü sonradan Bakıya üz tutdu.
Tapdıq Əlibəylinin söz dünyasından süzülüb gələn bu ehtizaz dolu misraları deməmək mümkün deyil:
Payızdan bahara boylanır ömür,
Atamdan-anamdan yaşca böyüyəm...
Xəzəldən əzələ xəyalım dönür,
İstədim səs çəkən bir şeir deyəm...
Atamdan-anamdan yaşca böyüyəm...
Xəzəldən əzələ xəyalım dönür,
İstədim səs çəkən bir şeir deyəm...
Əslində uşaqlıq dostum Tapdıq oxuduğumuz məktəb illərində poeziyanın söz qapısını açdı, tanınmağa başladı. Sakit təbiətli, dərslərində çalışqan və özünə məxsus istedadı ilə seçilən Tapdıq orta məktəbi də seçimlə qurtardı.
Ruhuna hopan, qələmindən damcılanan poetik misralar, ədəbi yaradıcılıq dünyası onu keçmiş ittifaq dönəmində çox tanınan ali məktəblərdən biri olan Lenin adına Pedaqoji İnstitutunun (hazırda Tusi adına Pedaqoji Universitet) filologiya fakültəsinə gətirdi, əla təhsil aldı. Ali məktəb illərindən sonra Tapdığın ədəbi mühitdə bir-birindən uğurlu yaradıcılıq dünyası başladı. Onun, şeirləri duaya çevirməsi yaradıcılığından qırmızı bir xətt kimi keçir. Biz yalnız qiymətli nemət olan çörəyi öpüb gözümüzün üstünə qoyuruq, müqəddəsləşdiririk. Qələm dostum isə sözləri öpüb gözlərinin üstünə qoyur.
Ləl sözləri sıra-sıra
Öpüb qoyum gözüm üstə.
Qoxuyuram misra-misra
Gül sözləri dəstə-dəstə.
Öpüb qoyum gözüm üstə.
Qoxuyuram misra-misra
Gül sözləri dəstə-dəstə.
Əslində söz müqəddəs kəlamdır. Allah əvvəlcə qələmi yaratdı, sonra ona əmr etdi, yaz insan. Tapdıq bu seçimində sözün Tanrı nişanəsi olmasını vurğulayır. Onun şeir dünyasının söz çələngi əlvan və rəngarəngdir. Hansı şeirinə üz tutsan düzünü söyləyir, düzündə qalır.
Söz demərəm sözgəlişi,
Mən ki sözün pərvanəsi.
Şeir - bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.
Mən ki sözün pərvanəsi.
Şeir - bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.
Otuza yaxın kitab müəllifi olan Tapdığın heç bir yüksək titulu, fəxri adları yoxdur... Onun fəxri adları bütöv Azərbaycan dünyasının qəlb çırpıntıları, onların narahatlığıdır. Özünün dediyi kimi:
Şairlər dünyanın söz divanəsi,
“Divanı” üstündə qurulur divan.
Dərisi soyulub, ancaq haqq səsi
Susmayıb, ucalıb susmaz heç zaman.
“Divanı” üstündə qurulur divan.
Dərisi soyulub, ancaq haqq səsi
Susmayıb, ucalıb susmaz heç zaman.
Tapdığın yaradıcılıq dünyasının hansı üzünə üz tutsan, misralar səni düşündürür, qəlbinə, beyninə rahatlıq verir. Bütövlükdə onun ədəbi dünyasında bir çox dəyərli fikirləri tapıb kəşf etdik. Özünün ismində olduğu kimi Tapdığı nə yaxşı ki, poeziya aləmində tapdıq.
Bu gün Azərbaycan ədəbiyyatında bir şair və publisist kimi Tapdıq Əlibəylinin özünəməxsus yeri vardır. Ötən illər ərzində onun çoxsaylı kitabları çap olunub. Tapdıq həm də uzun illərdir ki, uğurla qəzetçilik fəaliyyəti ilə məşğul olmuşdur.
Yaxınlarda Tapdıq Əlibəylinin 65 yaşı tamam olacaq. Bu münasibətlə köhnə qələm dostumu bağrıma basır və onu səmimi qəlbdən təbrik edirəm. Ona yeni-yeni yaradıcılıq uğurları diləyirəm.
…Ötən əsrin 70-ci illərinin sonunda o uzaq Yardımlının ucqar bir dağ kəndindən böyük və sonsuz arzularla yollara çıxan Tapdıq nə yaxşı ki, çox qısa bir zamanda öz xöşbəxt ünvanını tapdı. Həmişə ünvanlı və xoşbəxt olasan, qardaşım!
✍️ Sabir ABDİN
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü
BİA.az








