Xramcaylı Dərviş Vəli... - Ədalət Qarabulud

Xramcaylı Dərviş Vəli...
Dəli-dolu, başıqallı,
Vəli, ay Vəli, ay Vəli...
ağlı-başı ğöy misallı,
Vəli, ay Vəli, ay Vəli...
Sibirdə dünyaya ğəldi
sürgünlük ruhunu əydi...
arzuları daşa dəydi -
Vəli, ay Vəli, ay Vəli...
bu yol cox cətin yoldu, hey
ğöytək boşaldı-doldu, hey
qəribdən qərib oldu, hey -
Vəli, ay Vəli, ay Vəli...
sığındı soyuq bir köydə,
ulduz-ulduz yandı ğöy də,
özü yerdə, qəbri ğöydə
Vəli, ay Vəli, ay Vəli...
Ədalət Qarabulud