İslanmış icimi günə sərmişəm... - Ədalət Qarabulud

İslanmış icimi günə sərmişəm...
Mənə o sevdirib günəşı, ayı
mənə mizrab tutub külək əsənnən
dənizin sahillə sevgi nəgməsin
mənə o öyrədib, aglım kəsənnən...
Mən ruh adamıyam, atam balası -
islanmış icimi günə sərmişəm...
Mən onun quluyam, quluyam, qulu...
elə bil mən ona kölə gəlmişəm...
Onun dediklərin mən misra-misra
yazıb köcürürəm ag varaqlara...
Özüm də bilmirəm
kiməm, nəciyəm -
elə hey ucuram, hey uzaglara...
Ədalət Qarabulud
BİA.az