Bia.Az

Ukrayna dronları Moskvaya qədər uçacaqmı?

Dünya
 21-10-2022, 00:43     187

Bu günlərdə məlum olub ki, Ukrayna güclü dronlar istahsal etməyə hazırlaşır.

Hərbi ekspert Yuri Fyodorov Moskvaya qədər uça biləcək Ukrayna dronlarının istehsalı perspektivləri barədə fikir səsləndirib.

Bu barədə öz fikirlərini o, «Arqument» proqramının yeni buraxılışında söyləyib («UNİAN»).


«Mən, informasiyanı görmüşəm ki, Ukraynada Türkiyənin məşhur “Bayraktar” dronları istehsal edən firması ilə birgə zavod tikilir. Və orada daha güclü və daha ciddi dronlar istehsal olunacaq» - o, qeyd edib. «Tamamilə mümkündür ki, bu daha ciddi dronlar Moskvaya qədər də uça biləcəklər. Belə ki, məsələ onda deyil ki, dronla operator arasında nə qədər dayanıqlı əlaqə saxlamaq olar. İş uçuşun uzaqlığında deyil. Dron çox uzaqlara uça bilər. O, havada bir neçə saat qala bilər. Müasir dronlar hətta bir sutkadan artıq qalırlar. Məsələ ondadır ki, operator nə qədər uzaq məsafədə dronla əlaqədə ola bilər. Bu, radioəlaqə məsələsidir» - ekspert əlavə edib./AzPolitika.info/скачать dle 12.1