Bia.Az

İran mətbuatından ŞOK İDDİA: "Ərdoğan, Əsəd və Putin Özbəkistanda görüşə bilər"

Dünya
 22-08-2022, 14:39     263

İranın rəsmi xəbər agentliyi Tasnim Rusiya prezidenti Vladimir Putin, prezident Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsədin Özbəkistanda üçtərəfli görüş keçirə biləcəyini təklif edib.

Musavat.com Rusiya lideri Putinin digər iki lideri Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Zirvə toplantısına dəvət etdiyi və bu dəvətin müsbət qarşılandığı iddia edilib.

Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması məsələsi gündəmdə olan bir vaxtda, İran mətbuatının üçlü zirvə görüşünün keçiriləcəyini iddia etməsi də maraq doğurub.

Avqustun 15-də AKP sədr müavini Hayati Yazıcı hökumətin dəyişiklik işarələri verdiyi Suriya siyasətindən danışarkən "Liderlər əsasında görüş ola bilərmi?" sualına belə cavab verib: "Heç vaxt olmayacaq deyəcək vəziyyətdə deyiləm. Bütün məsələlər hardansa başlayır, bunun səviyyəsi yüksələ bilər, inşallah ki, belə də olar".

Ukraynadan qayıdarkən (19 avqust) təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti xarici siyasətdə atılan “normallaşma” addımları ilə bağlı bunları demişdi: “Siyasətdə heç bir küskünlük olmalıdır. Biz həmişə sülh içində və hər an görüşlərə hazır olmalıyıq. Bəşər Əsədi məğlub edib-etməmək kimi bir problemimiz yoxdur”.скачать dle 12.1