Bia.Az

Cənubi Koreya və ABŞ Kim Çen Ina qarşı güclərini birləşdirir - YENİ MÜHARİBƏ başlayırmı?

Dünya
 22-08-2022, 14:36     251

Cənubi Koreya və ABŞ artan Şimali Koreya təhlükəsinə qarşı müdafiə sahəsində əməkdaşlığı yaxşılaşdırmaq üçün son illərin ən böyük hərbi təlimini keçirir.

Musavat.com xəbər verir ki, on minlərlə əsgərin, döyüş təyyarələri və gəmilərin iştirak etdiyi “Ulçi Azadlıq Qalxanı” adlı təlimin sentyabrın 1-dək davam edəcəyi bildirilib.

Bildirilib ki, ilk 4 gündə mülki müdafiə təliminin veriləcəyi təlimdə birgə hücum və cəbhə bölgəsində təchizat təlimləri keçiriləcək.
Dəniz limanlarına, hava limanlarına və sənaye zonalarına qarşı hücumlarda pilotsuz uçuş aparatları və yeni nəsil döyüş texnologiyalarından istifadə, hərbi mülki dəstəkli müdafiə təlimləri verəcək təlimlərin Şimali Koreya tərəfindən reaksiya ilə qarşılanacağı gözlənilir.

ABŞ və Cənubi Koreya arasında bəzi birgə təlimlər Covid-19 epidemiyası ilə bağlı narahatlıqlar və Şimali Koreya ilə diplomatik əlaqələrin davam etməsi səbəbindən son illərdə təxirə salınıb.

Avqustun 17-də Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimali Koreyanın nüvəsizləşdirmə istiqamətində addımlar atması müqabilində iqtisadi yardım təklif edib. Bu təklif Şimali Koreyanın "cəsarətli cəhdi" kimi xarakterizə edilərək əks reaksiya ilə qarşılanıb.

ABŞ-ın müdafiə naziri Lloyd J. Ostin və onun cənubi koreyalı həmkarı Li Çen Sup iyul ayında Şimali tərəfdən təhdidlərdən sonra müttəfiqlərin çəkindirici mövqeyini gücləndirmək və 2022-ci ilin ikinci yarısında birgə hərbi təlimi genişləndirmək barədə razılığa gəldiklərini açıqlamışdı. 
Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı dialoq 2019-cu ildə Hanoyda keçirilən son görüşdən sonra dayanıb. Onu da qeyd edək ki, Şimali Koreya bu il yeni raketləri sınaqdan keçirməyə başlayıb.скачать dle 12.1