Bia.Az

Hitlerin basdırdığı nəhəng qızıl-zinət xəzinəsi aşkarlanıb

Dünya
 3-08-2022, 14:40     293

Almaniyanın qanlı diktatoru Hitler və adamlarının gizlətdiyi qızılların yeri tapılıb. Sentyabrın 1-dən hasilatına başlanacaq qızıl və zinət əşyalarının düz 28 ton olduğu bildirilir.


Bizimyol.info xəbər verir ki, Adolf Hitlerin SS batalyonlarının gizlətdiyi qızıllar Polşanın Minkovski şəhərindəki sarayın altında xüsusi polad sandıqlardan tapılıb.
Tədqiqat aparan Almaniya-Polşa Fondunun “Silezya Körpüsü”nün əməkdaşları səthin üç metr altında 232 milyon İsveçrə frankı dəyərində 10 ton qızılın olduğu polad qutu aşkar ediblər. 18 ton zərgərlik və digər qiymətli daşların da eyni bölgədə olduğu və ümumi dəyərinin 500 milyon avronu keçdiyi bildirilir.
Bildirilir ki, qazıntı rəisi qızıl və zinət əşyaları olan 1,5 metr uzunluğunda qutunun açılması üçün lazımi icazəni alıb. 14 hektarlıq saray bağının bir hissəsində cəmləşən xəzinənin yeri ovçuların georadar axtarışları nəticəsində müəyyən edilib. Məlumata görə, tələb olunan prosedurlar sentyabrın 1-də tamamlanarsa, qutu açılacaq.
Bildirilir ki, o zamankı SS-nin rəisi olan Haymler bu xəzinələrlə 4-cü Reyxi qurmaq planları hazırlayırmış.
Bu böyük kəşfin itirilmiş Breslau qızılı olduğu düşünülür. Qutuda Hitlerin müsadirə etdiyi qızıllardan başqa zəngin alman ailələrinin ruslardan xilas etmək üçün nasistlərə təhvil verdikləri zinət əşyaları və müxtəlif qiymətli əşyalar da var.
Qeyd edək ki, qızıl müxtəlif gündəliklər, məxfi sənədlər və yüksək rütbəli SS zabitinin qeydləri sayəsində tapılıb.
Belə ki, SS zabitinin qeydlərində deyilirdi: “Əvvəllər toran vaxtı gətirilən qutular və konteynerlər üçün təhlükəsiz ev olan yerdə çuxur qazılıb”.
12 mart 1945-ci il tarixli sənədə əsasən, burada dövrün “Reyxbank”ından 48 qutunun basdırıldığı bildirilir. Nəhəng xəzinənin 28 ton olduğu xəbər verilir.скачать dle 12.1