Bia.Az

Almaniya XİN başçısı: "Ukraynaya hərbi müdaxilə ilə kömək edə bilməyəcəyik"

Dünya
 11-07-2022, 15:49     295

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, o, Ukraynaya müəyyən yardım vəd etmək istəyir, lakin bunu edə bilmir, çünki bu, hərbi müdaxilə tələb edir.



“Report” xəbər veirr ki, bu barədə “Der Spiegel” nəşri yazıb.


“Mən söz vermək istərdim ki, biz Ukraynanın uğrunda döyüşlərin getdiyi ərazilərdən humanitar dəhlizlərə zəmanət verəcəyik. Lakin biz bunu təmin edə bilmərik. Belə vəd hərbi tədbirlərlə dəstəklənməlidir”, - o qeyd edib.


Onun sözlərinə görə, bu səbəbdən o, Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılmayacağını açıq şəkildə söyləməli olub.скачать dle 12.1