Bia.Az

Medvedev niyə bu günə qalıb: Özünə qəsd, boşanma, "sərxoş" siyasət...

Dünya
 11-07-2022, 15:45     123

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevi həmişə Vladimir Putinin kölgəsi sayıblar. Çünki Putin iki dəfə ölkəyə rəhbərlik edəndən sonra Medvedev dövlət başçısı imitasiyası prosesinə qoşulmuşdu. Onun prezidentliyi rəsmi status almışdı. Hərçənd, ölkədə heç kimə rəhbərin məhz Putin olduğu sirr deyildi.


Bizimyol.info xəbər verir ki, Dmitri Medvedev həyatının ağır dönəmini yaşayır. Bir müddət əvvəl Qərb mətbuatı onun özünü öldürmək həddinə çatdığını yazmışdı. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini dayanmadan içir. Onun hər gün sərxoş olduği iddia edilir. “Tvitter”də yazdıqları da belə deməyə əsas verir. Medvedev Qərbi açıq mətnlə söyür. O, qarşı tərəfi nüvə silahı ilə hədələyir. Ümumiyyətlə, siyasətçi aqressiv təsir bağışlayır.

Oğlu İlyanın Avropaya, ABŞ-a getməkdən məhrum olması da ataya pis təsir etmişdi. Medvedev özünə yer tapmırdı. Sanki məhz həmin hadisədən sonra Rusiyanın keçmiş prezidenti aqressivləşdi. Kremlin nümayəndəsi sanksiyanın predmetinə çevrilməsini Qərbə bağışlamır.

Medvedevin həyatında başqa xoşagəlməz hadisələr də baş verir. Həyat yoldaşı Svetlananın daha onunla yaşamadığı bildirilir. “Telegram” kanalları onların boşandığını yazır. Təşəbbüs Svetlanadan gəlib. Qadın içki düşkününə çevrilmiş, özünü idarə edə bilməyən kişi ilə yaşamaq istəmədiyini deyib.

Jurnalistlər fikir verib ki, cütlük son illər ictimaiyyət arasında birlikdə görünmürmüş. Svetlana 2008-2012-ci illərdə, yəni ərinin prezidentliyi dövründə həmişə onun yanında olardı. Amma son illər vəziyyət dəyişib.

Medvedev hakimiyyətdəki mövqeyini itirib. Onun bu hala düşməsində həmin amil də böyük rol oynayıb. Medvedev hərəkətlərinə görə məsuliyyət daşımamağa başlayıb. Siyasətçi ciddi obrazını itirib.

Korrupsiya ilə mübarizə fondu Svetlana haqqında da az yazmamışdı. Ölkınin keçmiş birinci xanımı dəyəri 50 milyon dollar olan “Bombardier”dən istifadə edirmiş. Biznes-cet müharibə başlayandan Dubaya az uçmayıb. Ərindən ayrılan Svetlananın əsasən Birləşmiş Ərəb Əmirliklərində yaşadığı ehtimal edilir.скачать dle 12.1